Britni Spirs bu dəfə də Ben Affleklə münasibətindən danışdı - FOTO

Britni Spirs bu dəfə də Ben Affleklə münasibətindən danışdı - FOTO

Britninin Castinin evliliyini təhlükə altına alan açıqlamalarından sonra hələ söz-söhbətlər səngiməmiş, Ben Afflek və Cennifer Lopez ailəsinin üzərində qara buludlar dolaşmağa başlayıb. Müğənninin dili həmişəki kimi başına bəladır. Açıqsözlülüyünə görə daim günahkar da Britni olur.


Sfera.az bildirir İnstaqram səhifəsində Britni yeni açıqlamalarla çıxış edib.


Cennifer qısqanclığı ilə tanındığından, narahat olmaq növbəsi Ben Afflekindir. O isə Britninin sözlərinə hələlik münasibət bildirməyib.


Britni İnstaqram səhifəsində Ben Afflek, aktyor və bəstəkar Dayan Uorrenlə poza verdiyi şəklini paylaşıb.
 

"Mən, Ben Afflek və Dayan Uorrenin illər öncəki gözəl şəklimiz! O, çox gözəl aktyordur. O gecə Ben ilə öpüşdüyümü qeyd etməyi unutmuşam... lənətə gəlsin, bu dəlilikdir! Kaş ki, bacara biləydim. Sizə əvvəl baş vermiş bir əhvalatı danışım!!! Aman, Allahım yox, bu nədir? Mən dedi-qodu edirəm”.


Fotonun nə vaxt çəkildiyi bəlli deyil, lakin Afflekin 1999-cu ildə eyni şəkildəki kimi saqqalı var idi. Həmin ilin avqustunda onun 27, dekabrında isə Britninin 18 yaşı tamam olub.
 

O vaxtdan bəri Britni üç dəfə: Cason Alexander, Kevin Federline və Sam Asghari ilə evlənib. O, hazırda Asghari ilə boşanmaq prosesindədir.



Ben isə 2005-ci ildən 2018-ci ilə qədər Cennifer Qarnerlə evli olub, 2022-ci ildə isə keçmiş nişanlısı Cennifer Lopezlə yenidən bir araya gəlib.


Yeri gəlmişkən, Britni və Cennifer Lopez bir-birini İnstaqramda izləyir.


Bir müddət əvvəl Spirs Colin Farrell ilə iki həftəlik münasibətdə olduğunu açıqlayıb. Onlar klub promoter dostu vasitəsilə tanış olublar. Britni “İçimdəki qadın” kitabında aralarındakı ehtiraslı münasibətini “küçə döyüşü” ilə müqayisə edib.
 

Müğənninin Asghari ilə boşanması demək olar ki, yekunlaşmaq üzrədir. Semin komandası maliyyə sənədlərini pop ulduzun vəkillərinə təhvil verib.


Maliyyə sənədlərinə gəlir və xərclər haqqında bəyannamə, habelə aktivlərin, ayrıca və birgə əmlakın siyahısı daxildir.


Qeyd edək ki, Britaniyadakı qanunlara əsasən, maliyyənin açıqlanması çox vaxt boşanmada bütün tərəflərin razılığa gəlməsini əhatə edən son addımdır.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...