Elnarədən onu \"zövqsüz\" adlandıran Səidəyə cavab

Elnarədən onu \

"Mənim heç kimlə bir problemim yoxdur. Nə geyimi, nə yaradıcılığı ilə bağlı. Hər kəsin özəl həyatı, şəxsi işi var. Geyimindən tutmuş ifa etdiyi mahnılara qədər. Nəyimə lazımdır, anam, bacım, qızım deyil. Mənə ümumiyyətlə maraqlı deyil, amma mən həmişə maraqlı olmuşam".

 

Sfera.az xəbər verir ki, bu sözlər Elnarə Xəlilova “Sözbaz” verilişinə müsahibəsində deyib. Sənətçi həmkarı Səidə Sultanın "Tarixin bir günü" verilişində onun barəsində "Zövqsüzdür" ifadəsini işlətməsinə belə münasibət bildirib:

 

"Yadıma gəlmir ki, mən kiməsə qarşı elə savadsız, cahilcəsinə ifadə işlədim ki, “Filankəsin zövqü yoxdur”. O nə deməkdir? Çox savadsız və məntiqsiz bir cümlədir. Onun zövqü odur, sənin də zövqün budur. Əgər sənin zövqün onun zövqü ilə üst-üstə düşmürsə, bu o demək deyil ki, sənin var, onun isə yoxdur. Belə deyil. Ondan da soruşsan, deyəcək ki, sənin də geyindiyin mənim xoşuma gəlmir".

 

Qeyd edək ki, Səidə Sultan verilişdə Elnarə Xəlilova ilə küsülü olmasının əsl səbəbini belə izah edərkən "5 il əvvəl zövqlə bağlı mənə sual veriləndə demişəm ki, Elnarənin zövqü yoxdur. O vaxt elə demişdim. Əslində indi də yoxdur. Olanı demişəm. Həmin vaxtdan mənimlə düşmən düşüb" sözlərini işlətmişdi.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...