\"Üzbəüz gələndə qucaqlayıb, duz kimi yalayıb, əqidəniz olsun...\" - Fərdadan Azər Axşama SƏRT REAKSİYA

\

Aktyor Fərda Amin həmkarı Azər Axşamın "Əgər mən Fərdaya aktyor deyirəmsə, onda mən kiməm?" sözlərinə sərt reaksiya verib.

 

Sfera.az bizim.media-ya istinadən xəbər verir ki, bu barədə Fərda "Sözbaz" maqazin verilişinə müsahibəsində danışıb. 



Həmkarının sözlərindən əsəbiləşən Fərda qarşı tərəfə meydan oxuyub: 



"Mənim aktyorluğuma kimin şübhəsi varsa... Artıq bəlli yaşda və təcrübəm olduğu üçün bu kimi söhbətləri sevmirəm. İllərini yaxşı mənada yaradıcılığına və tamaşaçısına xərcləmiş sənətçilərə səslənirəm. Biz öz danışıqlarımızda sərhəd saxlamalıyıq. Bu müsahibədə adıçəkilən həmkarımın yaxınları, qohumları da var, o tək deyil. Kimliyindən asılı olmayaraq, istər ağzının danışığını bilsin, istərsə də bilməsin. Danışılası o qədər söhbətlər var ki...



O qədər aktyor adı ilə bu sənətə soxulanlar var ki... Onlar müzakirə olunmalı olduğu halda, bizim bir-birimizə bəlli yaşda bu cür müraciət etməyimizi çox qınadım və açıq deyəcəyəm, Azərin yerinə utandım. Ondan heç belə şey gözləmirdim. Bizim münasibətimiz var, onunla dəfələrlə görüşmüşük. O ki qaldı mənim aktyorluğuma, şübhəsi olan Azər daxil, istənilən aktyora yaşından asılı olmayaraq, efir vasitəsilə səslənib deyirəm ki, istənilən rolu qarşı-qarşıya oynayıb sizi üstələməyə belə hazıram. İstədiyiniz obrazı, alışdığınız obrazları demirəm, canlı yayımda, canlı efirdə göstərməyə hazıram.



Amma mən sizə özümü sübut etmək məcburiyyətində deyiləm. Bu, nəyin aqressiyası, kinidir? Bu, harada belə vurub partladı? Bu, niyə belə oldu? Bizim bəlli addımlarımız olub. Məndən yaşca biraz böyük ola bilər, amma mən sənətdə bu sözdən sonra nə onu, nə də ona dəstək olanları özümdən böyük sayıram.

 


Çünki mən imtahanı hər gün tamaşaçı qarşısında vermişəm. Köhnələr, illərini bu sənətə vermiş insanlar bir-birinə hörmət etməsə, arxada gələnlər sizi "şumlayıb" keçib gedəcək. Bunu yadınızda saxlayın! Mənimlə üzbəüz gələndə qucaqlayıb, duz kim yalayıb... Biraz da əqidəniz olsun. Hər kəs həddini biləcək. Yaşım da, təcrübəm də imkan verir deyim ki, mən Allahın bu coğrafiyaya verdiyi möcüzəyəm. Bunu istəyirsiniz qəbul edin, istəyirsiniz də etməyin. Mən öz dəyərimi yaxşı bilirəm, dostum". 


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...