MTV adından dələduzluq - FOTO
20:00 / 01.12.2023
11942
“MTV Azərbaycan” kanalının adından dələduzluq edilib.
Sfera.az xəbər verir ki, bu barədə aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə məlumat yayıb. O, həmin şəxsin fotosunu paylaşaraq Daxili İşlər Nazirliyinə müraciət edib:
"Bu şəxs MTV-də işləmir və baş operator olmayıb. Dələduzluqla məşğuldur, adımızdan istifadə edir. Xahiş edirəm ki, tədbir görəsiniz".