“Dəlilər”dən növbəti qalmaqal - Bianca Censori otel yastığı ilə sinəsini örtüb restorana getdi - FOTOLAR

“Dəlilər”dən növbəti qalmaqal - Bianca Censori otel yastığı ilə sinəsini örtüb restorana getdi - FOTOLAR

Qalmaqallı və “dəli” adlandırılan repper Kanye Uestin həyat yoldaşı Bianca Censori İtaliyadakı geyim qalmaqalından sonra bir daha “orijinal” geyim tərzi nümayiş etdirib. O, kalqotka, şəffaf plastik ayaqqabılarla küçəyə çıxıb və məxmər divan yastığı ilə döşlərini örtüb.


Kanye Uest isə həmişəki kimi görünüb: ayaqyalın, lakin əynində corab, qara köynək və başına qara kapüşonabənzər örtük.



Sfera.az bildirir ki, onlar Florensiya ətrafında gəzib, daha sonra Milanda alış-verişə gedib və burada moda butikində şəkil çəkdiriblər.



Sonradan məlum olub ki, məxmər yastıq həqiqətən də orijinal paltar deyil, sadəcə yastıqdır. Bianca onu otel otağından götürüb.



Florensiyada tətildə olarkən, West və Censori “Four Seasons Hotel Firenzeənin ərazisində yerləşən, on beşinci əsrə aid geniş palazzo “Royal Suite della Gherardesca”da qalıblar.



Otağın fotoşəkillərindən göründüyü kimi, oturma otağının divanı, Censorinin fotolarda tutduğu yastığın eynisi lavanda məxmər yastıqlarla bəzədilib.
“Four Seasons Firenze”də qonaqların özləri ilə bayıra daxili detalları götürməsinə icazə verilib-verilmədiyi bəlli deyil.



Hal-hazırda Bianca və Kanye tərəfindən tutulan “Royal Suite”ni bir gecəlik təxminən 17.504 avroya bron etmək olar. Bu, Avropanın ən bahalı və ekstravaqant otel otaqlarından biri hesab olunur.


“Palazzo della Gherardesca”nın keçmiş nəcib məhəllələrində qurulmuş, mürəkkəb freskalar, 18-ci əsr Kapodimonte keramika döşəmələri, zərif stükko və ipək divar kağızları daxil olmaqla dəbdəbəli mebellərlə döşənib.


Four Seasons Hotel Firenze

Bianca Censori və Kanye Westin qaldığı otaq






234 kvadratmetrlik incə rezidensiya asma tavanları və oteli əhatə edən parka baxan böyük pəncərələri olan möhtəşəm mərkəzi dəhlizə malikdir.


Burada həmçinin səkkiz nəfərlik yemək otağı, ofis və parket döşəməli qonaq otağı var - hamısı bərpa edilmiş əntiq əşyalarla dəbdəbəli şəkildə bəzədilib.


Vaxtilə Cənub Dəmiryolu Şirkətinin prezidentinin ofisi olan geniş vanna otağının mərkəzində böyük mərmər vanna və əvvəlki sahibini xatırladan sənaye üslublu ikonoqrafiyası olan kirəmitli divarlar var.

 



“Palazzo della Gherardesca”, həmçinin əsrlər boyu Medici ailəsinin üzvləri və Papa XI Leo da daxil olmaqla bir çox görkəmli Florensiyalıların evi olmuşdur.


Sensorinin şəkilləri artıq internetdə yayılıb. Bundan əlavə, yoldan keçənlərin ona necə güldüyü açıq şəkildə göstərilir. İnternet tənqidçiləri də kənarda durmayıb və gülünc paltarın məşhur Halloween kostyumuna çevriləcəyi haqqında zarafat ediblər.


"Ay qız, sən nə fikirləşirsən? Sırf reklam olsa belə, hamı sənə gülür!"- istifadəçilərin əksəri bu tip şərhlər yazıb.



Mənbələr iddia edir ki, West və Censori yeni “Yeezy” moda kolleksiyasının təqdimatına hazırlaşarkən öz geyimləri ilə italyanları şoka salacaqlar.



Xatırladaq ki, kçən həftə Bianca və Kanye West Venesiyada məşhur qayıq şirkətinin qayığında ədəbsiz hərəkətlər edərkən yaxalanarkən işlər kuliminasiya nöqtəsinə çatıb.


Yerli sakinlər reperin cərimələnməsini, həyat yoldaşı ilə birlikdə İtaliyadan qovulmasını tələb ediblər.


West və Censorinin mindiyi qayığa sahib olan “Venezia Turismo Motoscafi” şirkəti isə artıq cütlüyə ömürlük onun xidmətlərindən istifadənin qadağan edildiyini açıqlayıb.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Bir çox paranormal hadisələrin baş verdiyi Myrtles plantasiyası

Luizianada ən çox ruh və kabusların müşahidə olunduğu yer - “Myrtles Plantation” (Myrtles plantasiyası) haqqında rəvayət və fərziyyələr bu günə qədə...

Peruda Kolumb dövründən əvvələ aid mumiyalar aşkar edildi

Perunun Barranka şəhərinin kənarında Polşa və Peru alimlərindən ibarət bir qrup bu yaxınlarda maraqlı tariximizə işıq salan arxeoloji abidə aşkar ediblər. &nbs...

BBC xəbər aparıcısı canlı yayımda orta barmağını göstərdi - FOTO

Britaniyanın BBC kanalında xəbər aparıcısı olan 46 yaşlı Meriam Moşiri canlı yayımın başlamasından xəbəri olmadığı üçün kameraya orta barmaq göstərib.   ...

Bəy toy günü gəlinə "yox" dedi

33 yaşlı öküz döyüşçüsü Xuan Orteqa öz toyuna gəlməyərək qohumlarını və dostlarını şoka salıb.   Sfera.az bildirir ki, qalmaqaldan sonra gəlin evə gedə...

Həkim xəstəsini gizli şəkildə necə hamilə edib?

Pasiyentlərdən biri həkim Kristofer Gerndonu onun razılığı olmadan öz sperması ilə hamilə qoymaqda ittiham edib. Bundan sonra həkimin lisenziyası əlindən alınıb...

Birinci Dünya Müharibəsi zamanı Britaniyalılara kömək edən fil - FOTO

Birinci Dünya Müharibəsi zamanı İngiltərədə Lizzie adlı bir hind fili şəhər ətrafında maşın və sursat daşımağa kömək edib. O, həmçinin Şeffild tökmə zavodlarını...