55 min il əvvəl Yerə düşən meteoritdən çanta hazırlandı – Qiyməti müzakirə mövzusu oldu - FOTO

55 min il əvvəl Yerə düşən meteoritdən çanta hazırlandı – Qiyməti müzakirə mövzusu oldu - FOTO

Fransız moda brendi “Coperni” 55 min il əvvəl Fransanın cənubuna düşən meteoritdən istehsal etdiyi lüks əl çantası ilə sosial medianın gündəmini zəbt edib.

 

Sfera.az xəbər verir ki, lüks aksessuarın 40 min avroya satılması birmənalı qarşılanmayıb.

 

Şirkət çantanın “arxeologiya ilə dizaynı, klassika ilə ibtidai sənəti məharətlə birləşdirdiyini” iddia edib.

 

1968-ci ildə Fransanın cənubundan tapılan Ay daşı və qatrandan hazırlanmış “Mini Meteorite Swipe” adlı çanta məhdud sayda istehsal ediləcək.


“Coperni”nin əlində neçə meteorit çantası olduğu bəlli deyil, lakin marka onun "sifarişlə hazırlandığı” üçün geri qaytarılmayacağı barədə xəbərdarlıq edib. 


Şirkət satılan hər bir meteorit çantasının bir-birindən "azca fərqli ola biləcəyini", lakin alıcılara orijinallıq sertifikatının təqdim olunacağını açıqlayıb.


“Coperni”nin internet saytındakı açıqlamada, "Hər çanta əl işidir, xüsusi olaraq hazırlanıb. Ona görə də onun forması şəkildəkilərdən bir qədər fərqli ola bilər. Meteorit hər sifariş üçün ayrıca təmin ediləcək. İstifadə edilən meteoritin mənbəyi müxtəlif ola bilər…" ifadələri yer alıb. 

 

Qeyd edilib ki, çanta meteoritdən hazırlansa da, çəkisi cəmi 1,8 kiloqramdır. 

 

“Coperni”nin Fransada tapıldıqdan 55 il sonra meteoriti necə əldə etdiyi isə bilinmir. Ola bilsin ki, şirkət daşı muzeydən və ya şəxsi kolleksiyaçıdan alıb.


Qeyd edək ki, bəhs edilən çanta “Coperni”nin bu ayın əvvəlində Parisdə təqdim edilən 2023-cü ilin payız-qış kolleksiyasında yer alır. Kolleksiyanın təqdimatı zamanı podiumda modelləri ABŞ-ın “Boston Dynamics” şirkətinin istehsalı olan robotlar müşayiət etmişdi. 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Ukrayna ABŞ-dən qətiyyətlə bu hərbi texnikanı istəyir - FOTO

Almaniyanın “Politico” nəşri Ukraynanın ABŞ-dən almaq istədiyi silahların adını öyrənib. Nəşr yazır ki, Ukrayna ordusu bəzi silah və texnikaların əl...

Şahdağa qar yağdı - FAKTİKİ HAVA

Bu gün saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.    Sfera.az xəbər verir ki, bu barəd...

"Həsrət və intizar var, Aygünlə illər sonra..." - Namiq Qaraçuxurlu

“Tezliklə Aygün Kazımova ilə yeni duetimizi təqdim edəcəyik”.   Sfera.az olay-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Namiq...

Azərbaycan və Özbəkistan könüllüləri arasında memorandum İMZALANDI

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə bu qardaş ölkənin Könüllülər Assosiasiyası arasında memorandum imzalanıb. ...

"Tramp Ukrayna ilə bağlı plan hazırlayır" - "Daily Telegraph"

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə dair müfəssəl plan hazırlayıb, lakin onu seçkiyə qədər açıqlamayacaq. &nbs...

Aİ ilə Azərbaycan arasında Orta Dəhlizin inkişafı məsələləri MÜZAKİRƏ EDİLDİ

Avropa İttifaqı və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq, xüsusilə Orta Dəhlizin inkişafı məsələləri müzakirə edilib.   Sfera.az xəbər v...