"Rəqqasə Oksana sənətkardır, onu kəmsavad tiktokerlərlə müqayisə etməyin!" - Məşhur aparıcı ƏSƏBİLƏŞDİ

Ötən gün Naxçıvan Universiteti “Həmsöhbət” layihəsinə start verib və ilk qonaq da rəqqasə, aktrisa Oksana Rəsulova olub. Universitetin paylaşdığı xəbərdə bildirilir ki, rəqqasə Oksana öz həyat və iş təcrübələrini bölüşüb. Sosial şəbəkələrdə rəqqasənin tələbələrlə görüşü birmənalı qarşılanmayıb və O.Rəsulova tənqid atəşinə tuş gəlib.


Sfera.az xəbər verir ki, tanınmış aparıcı Murad Arif rəqqasəni qınayanlara cavab verib.

 

 O, sosial şəbəkə hesabında Oksana Rəsulovanın savadlı, dünyagörüşlü kadr olmasına diqqət çəkib:

 

"Oksana Rəsulova milyard yarım əhalisi olan Hindistanın ən əsas televiziya yarışmasında qalib olub. Bunu sənətiylə edib! Artistizmi və rəqsi ilə... Düşünün, özü də Hindistanda hind rəqsi ilə!


Müxtəlif təhsil ocaqlarında həmin təhsil profilinə aidiyyatı olmayan sənət adamları ilə görüş adi bir haldır. İstər sovetlərdə olsun, istər xaricdə bu kimi görüşlər hər zaman təşkil olunur. Oksananı kəmsavad tiktokerlərlə müqayisə edib, rəqs sənətinə sayğızılıq göstərməyiniz haqsızlıqdır. Ölkəmizdə belə, səsi, sədası və uğurları xarici mediadan səslənən istedadlar varkən, nəyi qınayırıq, anlamış deyiləm. İllah ki, Oksana 75 yaşlı nənə olmalıdır ki, qəbullanaq?!",- aparıcı qeyd edib.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...