Məşhur gitaraçı vəfat etdi 

Məşhur gitaraçı vəfat etdi 

Britaniyalı gitaraçı Ceff Bek 79 yaşında vəfat edib.

 

Sfera.az bildirir ki, bu barədə onun rəsmi “Tvitter” səhifəsində məlumat verilib.

 

"Gözlənilməz şəkildə bakterial meningitə yoluxduqdan sonra o, dünən dünyasını dəyişib. Bu xəbəri ailəsi adından dərin hüznlə bölüşürük”, deyə bildirilib.

 

Musiqiçinin vəfatı ilə bağlı artıq onun bir neçə həmkarı da başsağlığı verib.

 

Qeyd edək ki, Ceff Bek ağır metal və caz rokunun inkişafına əhəmiyyətli dərəcədə təsir edən ingilis gitara virtuozudur. O, müğənni Rod Stüartın və indiki “The Rolling Stones” qrupunun basçısı Roni Vudun daxil olduğu “The Jeff Beck Group”u qurub. Bek yeddi “Grammy” mükafatının sahibidir.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Bakıda "Qalatasaray"a görə kütləvi dava düşdü - SAXLANILANLAR VAR

Bakıda Əhmədli qəsəbəsində kütləvi dava baş verib.    Sfera.az bu barədə report-a istinadən xəbər verir.   Hadisə şahidlərinin verdiy...

“Qalatasaray” səfərdə “Fənərbaxça”nı məğlub etdi

Türkiyə Super Liqasının VI turunda İstanbul derbisi keçirilib.   Sfera.az xəbər verir ki, “Fənərbaxça” doğma azarkeşləri önündə &ldq...

Elza verilişdə yıxıldı -ANBAAN VİDEO

Əməkdar artist Elza Seyidcahan qonaq olduğu proqramda yıxılıb.   Sfera.az xəbər verir ki, hadisə sənətçinin iştirak etdiyi “Səhnə” adlı y...

Kürdəmirdəki ağır mikroavtobus qəzası ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.   TƏBİB-d...

Əhaliyə PİS XƏBƏR: Bu məhsul KƏSKİN BAHALAŞDI

Kərə yağının qiymətində kəskin artım müşahidə olunur. Əvvəlki və hazırkı qiymətlər arasında azı 3-4 manat fərq var.   Satıcıların sözlərinə görə, qiy...

Gimnastlarımız Portuqaliyada daha bir qızıl medal qazandılar -FOTO

Azərbaycan gimnastları Murad Rəfiyev və Daniel Abbasov Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında daha bir qı...