Makronun Bakıya da səfəri gözlənilir

Makronun Bakıya da səfəri gözlənilir
Fransa Prezidenti Emmanuel Makronun yaxın vaxtlarda Ermənistana səfər edəcəyi barədə xəbər yayılmışdı. Bu gün isə məlum olub ki, Makronun İrəvan ilə yanaşı, Bakı və Tbilisiyə də səfər etmək ehtimalı var.

Sfera.az xəbər verir ki, Fransanın Ermənistandakı səfiri Conatan Lakot "Azadlıq” radiosunun Ermənistan şöbəsinə verdiyi müsahibəsində Fransa Prezidentinin bu səfərinin regional xarakter daşıdığını deyib.

"Bu görüşün məhz nə vaxt reallaşacağını soruşsanız, deyə bilərəm ki, görüş ən faydalı olacağı zaman baş tutacaq. Ən faydalı zaman səfərin regionda siyasi prosesi irəlilətməyə, Azərbaycan və Ermənistana problemli məsələlərdə inkişafa nail olmağa imkan verəcəyi vaxtdır. Beləliklə, səfərin tarixi və parametrləri bu məqsədə uyğun olaraq təyin olunacaq”, - deyə səfir deyib.

Bununla yanaşı, jurnalistin E.Makronun səfərinin regional olub-olmaması barədə suala cavab verən Conatan Laot bildirib:

"Prezident Makronun regionun bütün liderləri ilə danışıqlar aparması məntiqli olardı. Bütün tərəflərlə danışmaq, vasitəçi rolunu təmin etmək, Azərbaycan və Ermənistan arasındakı siyasi prosesə töhfə vermək imkanımız var”. // "Qafqazinfo"


OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...