Makronu Ərdoğana məktub yazmağa vadar edən səbəblər – Politoloqdan açıqlama

Makronu Ərdoğana məktub yazmağa vadar edən səbəblər – Politoloqdan açıqlama
"Bu Fransa prezidentinin xarici siyasətdəki uğursuzluğu ilə bağlıdır. Türkiyənin qarşısında Makronun atdığı bütün addımlar uğursuzluğa düçar olub”.

Bu sözləri Sfera.az-a açıqlamasında Fransa prezidenti Emmanuel Makronun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı və özündə iki ölkə arasında korlanmış münasibətləri normallaşdırmaq istəyini əks etdirən məktubun məzmununu dəyərləndirərkən politoloq Natiq Miri deyib:

"Suriyanın şimalında ABŞ-la yanaşı Fransa qoşunları da mövcud idi. Lakin Türkiyənin keçirdiyi hərbi əməliyyatlardan sonra bu qoşunların bir qismi oradan çıxarıldı. Paris həmçinin Aralıq dənizinin şərq hissəsi və Liviyada aktivləşmək istədi və üsyançı general Hafterin dəstələrini dəstəklədi. Türkiyə isə Liviyada Sərrac hökumətinə dəstək verdi və bunun nəticəsində Hafterə ciddi zərbələr endirə bildilər.

Paris habelə Yunanıstanı Türkiyənin üstünə qaldırmaqla Aralıq dənizində də hegomonluğunu təmin etməyə çalışırdı. Lakin Ankara qətiyyətli addımları ilə burada da öz istəyinə nail oldu. Livandakı partlayışdan sonra Makron hücuma keçərək ora səfər etdi və bu ölkədə yeni hökumətin qurulması istiqamətində onlara dəstək olacağını vəd etdi. Amma Türkiyənin XİN rəhbəri Cavuşoğlunun Livana səfərilə bu ölkədə də Fransanın önü kəsildi. Livanda küçələrə çıxan insanlar Fransanın patronajlığını qəbul etməyəcəyini bildirdi.

Nəhayət, Makron Qarabağ hadisəsindən istifadə edərək, Türkiyənin regiona buraxılmasının qarşısını almaq istədi, buna da nail olmadı. Əksinə, Minsk qrupunun həmsədr ölkəsi olaraq Fransa özü oyundankənar vəziyyətə düşdü.

Makron AB çərçivəsində Türkiyəyə qarşı sanksiyaların tətbiqinə çalışsa da, burada da uğursuzluqla üzləşdi. Almaniya və artıq AB-də olmayan Böyük Britaniya ona qarşı çıxdı. Bu məsələdə Parisi ABŞ da müdafiə etmədi. Yəni, Fransa Avropa, regional və qlobal səviyyədə Türkiyə qarşısında təklənmiş duruma düşüb”.

Politoloqun fikrincə, Makron son olaraq anladı ki, yürütdüyü xarici siyasətdə ard-arda uğradığı bu uğursuzluqların əsas səbəbi Türkiyə ilə lazımsız qarşıdurmadır:

"Ona görə də Paris Ankara ilə münasibətləri tənzimləməyə qərar verdi. Daxili və xarici siyasətdə uğursuzluğa düçar olan Makron getdikcə güclənən Türkiyənin əlini sıxmağa məcbur oldu. Çünki başqa perspektiv Fransa və Makron üçün arzuolunan situasiya yaratmırdı. Həmin səbəbdən düşünürəm ki, Makronun Ərdoğana ünvanladığı məktub məcburiyyətdən doğan davranışdır”.

Elçin
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...