No Image
No Image

Magistraturaya qəbul imtahanının nəticələri elan olundu

Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 28-də keçirilmiş qəbul imtahanının nəticələrini elan edib

DİM-dən Sfera.az-a verilən məlumata görə, imtahan nəticələri ilə buradan tanış ola bilərsiniz. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 19885 bakalavrdan 256 nəfəri imtahana gəlməyib. 3 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv olunub. İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 96 bal olub. Xatırladaq ki, ötən il də ən yüksək göstərici 96 bal olmuşdur.

Bakalavrların imtahan nəticələrinə əsasən bu il median göstəricisi 47.57 bal olub. Bu o deməkdir ki, imtahan iştirakçılarının yarısı (9810 nəfərdən çox) bu göstəricidən daha yuxarı, qalan yarısı isə daha aşağı bal toplayıb. Median göstəricisinin 48 bala yaxın olması imtahanda təqdim olunan test tapşırıqlarının bakalavrların bilik səviyyəsinə uyğun olmasını deməyə əsas verir.

Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.
İxtisaslaşma seçimi "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl "Magistr” jurnalının növbəti sayında dərc ediləcəkdir).

İmtahan nəticələri ilə əlaqədar Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 3-4 mart tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Məleykə Abbaszadə: “Magistraturaya qəbul qaydaları daha da sadələşdirilib”

Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyəti dövründə buraxılış, qəbul, eləcə də digər müxtəlif təyinatlı imtahanların məzmununda, qəbul proqramları və qaydaların...

Nazirdən ƏMR: Məleykə Abbaszadənin vəfat edən qızının yerinə təyinat

Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə professor Mahirə Hüseynova Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektor...

Prezident ATU ilə bağlı 2 sərəncam İMZALADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sf...

Samuxda 6 müəllim və 11 şagird koronaya yoluxdu

Samux rayonunda aprel ayı ərzində 17 nəfərdə koronavirus aşkar olunub. Sfera.az xəbər verir ki, 6 müəllim və 11 şagirdin sözügedən infeksiyaya yoluxması m...

Daha bir məktəb koronavirusa görə bağlandı

Oğuz şəhər 3 saylı məktəb-lisey bağlanıb. Sfera.az-ın məlumatına görə, buna səbəb tədris ocağının 5 müəllim və 2 texniki işçisində koronavirus aşkarlanmas...

Emin Əmrullayev bu şəxslərə VƏZİFƏ VERDİ

Təhsil Nazirliyinin bir neçə tabeli qurumunda müvafiq vəzifələrə təyinat olub.  Sfera.az-ın Unikal.org-a istinadən verdiyi məlumata görə, Təhsil nazi...