No Image
No Image

Mağaza sahibini döyüb, mağazada soyğunçuluq etdi – ANBAAN VİDEO

Mağaza sahibini döyüb, mağazada soyğunçuluq etdi – ANBAAN VİDEO
Kürdəmirdə mağaza sahibini döyərək kassadan pul və konturları aparan şəxs saxlanıb. İstintaq zamanı məlum olub ki, həmin şəxs mağaza sahibinə min manatdan artıq ziyan vurub. İlkin dindirilmə zamanı Qaçay Qaçayev törətdiyi əməli etiraf edib.

Sfera.az xəbər verir ki, Kürdəmirdə mağaza sahibinə qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

XəzərXəbər-in bölgə müxbiri xəbər verir ki, Sığırlı kənd sakini Səlahəddin Qurbanov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Qaçay adlı şəxsin onu döyərək sahibi olduğu mağazadan 550 manat dəyərində kontur və 600 manat oğurladığını bildirib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Sığırlı kənd sakini Qaçay Qaçayev polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib.

Məlum olub ki, Qaçay Qaçayev müştəri qismində Səlahəddin Qurbanova məxsus mağazaya girib, onunla mübahisə edib və mağaza sahibinə qarşı soyğunçuluq əməli törədib.

İlkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib və qarşı tərəfdən üzr istəyərək onu bağışlamasını istəyib. Hazırda faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində cinayət işi açılıb və araşdırma davam etdirilir.
 
(xezerxeber)
Sehliyali

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Sabirabadda sirkə turşusu içən qadın xəstəxanada vəfat etdi

Sabirabadda sirkə turşusu içən qadın xəstəxanada ölüb. Sfera.az-ın məlumatına görə, Sabirabad şəhər sakini, 1959-cu il təvəllüdlü Məmmədova Minəş Tarverdi...

Bakıda intihara cəhd oldu

Bakıda intihara cəhd olub. Sfera.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. Bildirilib ki, Ziya Bünyado...

Şabrandakı qəzada 2 nəfər ölüb, yaralananlar var - SİYAHI

Quba-Bakı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölən və yaralanan şəxslərin adları məlum olub.   Sfera.az xəbər verir ki, hadisə yolun Şabran ...

BNA-nın quraşdırdığı təhlükəsizlik tumbası ana və 2 uşağının həyatını xilas etdi - VİDEO

Bakı Nəqliyyat Agentliyinin yollarda quraşdırdığı təhlükəsizlik tumbası baş verən qəza zamanı səkidəki uşaqların həyatını xilas edib.   Sfera.az xəbər v...

Bakıda əkizlər doğuş zamanı öldü

Bakıda doğuş zamanı əkizlər boğularaq ölüb. Sfera.az xəbər verir ki, bu barədə körpələrin babası, Salyan rayonunun Ərəbqardaşbəyli kənd sakini İmanov Əlis...

Qəbələdə dəhşətli qəza: 3 ölü, 3 yaralı...

Qəbələ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az-ın məlumatına görə, hadisə Ağdaş-Zarağan avtomobil yolunun, rayonun Sa...