Ülvi Quliyev: “Şamaxıdakı ziyarətgahların bərpası savab işdir”

Ülvi Quliyev: “Şamaxıdakı ziyarətgahların bərpası savab işdir”
 

"Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şamaxı şəhərinə səfəri koronavirus pandemiyası dövründə də regionların sosial-iqtisadi inkişafının diqqət mərkəzində saxlanıldığının bariz nümunəsidir”.

Bunu "Report”a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev deyib.

O vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 2003-cü ildən bölgələrdəki problemlərin həllinə böyük önəm verir. Deputat xatırladıb ki, indiyə qədər regionların inkişafı üçün dörd dövlət proqramı imzalanıb, onlardan üçünün həyata keçirilməsi başa çatıb, dördüncü proqram isə icra olunmaqdadır:

"2019-2023-cü illərdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramının icrası davam edir. Bundan başqa, cənab Prezident bölgələrdəki problemlərin həlli, müasir infrastrukturun yaradılması, yolların tikintisi, əhalinin içməli su ilə təmin olunması, suvarma suyu probleminin aradan qaldırılması, məktəb, uşaq bağçası, xəstəxana binalarının, mədəniyyət evlərinin, olimpiya mərkəzlərinin tikintisi ilə bağlı yüzlərlə sərəncam və fərman imzalayıb. Bütün bunlar nəticəsində regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişib, regionların potensialı artıb, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açılıb”.

Ü.Quliyev bildirib ki, Prezident regionlarla bağlı yalnız dövlət proqramları təsdiqləməklə, sərəncam və fərman imzalamaqla kifayətlənmir, tez-tez bölgələrə səfərlər edərək vəziyyətlə yerindəcə tanış olur, işlərin icrasına nəzarət edir, tapşırıq və tövsiyələrini verir: "Ən əsası isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmişə bölgələrdə yaşayan insanlarla bir yerdədirlər, onların problemlərinin həllini daimi diqqət mərkəzində saxlayırlar. Dövlət başçısı və birinci xanımın regionlara səfərinin əsas məqsədlərindən bir də insanları dinləmək, rayonlarda yaşayan vətəndaşlarımızın üzləşdikləri problemləri onların öz dilindən eşitməkdir. Prezident İlham Əliyev mayın 21-də Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edərkən bildirdi ki, bölgələrdə gedən işlər daim nəzarətindədir. Dövlət başçısı vurğuladı ki, çoxsaylı səfərləri, eyni zamanda, o məqsədi güdür ki, görülmüş işlərin icrasını görsün, tanış olsun və insanları narahat edən problemləri insanlardan eşitsin. Prezident bu sözləri söyləyəndən dörd gün sonra Şamaxı şəhərinə səfər etdi. Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalara baxıblar, rayonun Meysəri kəndində körpələr evi-uşaq bağşasının açılışında iştirak ediblər, yeni tikilən çoxmənzilli binalarda yaradılan şəraitlə tanış olublar. Bu səfər Prezident İlham Əliyevin hər bir sözünün, bəyanatının arxasında real işin dayandığını bir daha təsdiqləmiş oldu.

Dövlət başçısı bu səfərlərlə həm də dövlət məmurlarına daimi xalqın içində olmaqla bağlı nümunə göstərir”.

Deputat hesab edir ki, səfər zamanı diqqəti cəlb edən əsas hadisələrdən biri də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şamaxı şəhərində Pirsaat Baba ziyarətgahının yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olmaları və Pir Ömər Sultan ziyarətgahında olmalarıdır: "Bu onu göstərir ki, Azərbaycanda dini və milli-mənəvi dəyərlərin qorunmasına, gələcək nəsillərə çatdırılmasına böyük önəm verilir. Tarixi şəxsiyyətlərin mənəvi irsi, tarixi abidələr, qədim məscidlər, ziyarətgahlar, maddi və qeyri-maddi sərvətlər tarixilik baxımından nə qədər böyük önəm daşıyırsa, onların qorunması, dağılanların bərpası, gələcək nəsillərə çatdırılması da bir o qədər vacib və savab işdir.

Son illərdə bu sahədə çox ciddi işlər görülüb. Xüsusən də Mehriban xanım Əliyevanın rəhbərliyi ilə böyük layihələr uğurla icra olunub. Bu işlərin nəticəsində dağılmaq təhlükəsi ilə üzləşən məscidlər, türbələr, ziyarətgahlar bərpa olunub, itmək üzrə olan maddi və mənəvi irs yenidən xalqa qaytarılıb. Bilirsiniz ki, ziyarətgahlar böyük din xadimlərinin, şeyxlərin, haqq-ədalətə qulluq edən, ömürlərinin sonuna qədər dini dəyərlər əsasında yaşayan mömün insanlarının adları ilə bağlıdır. İndi onların qəbirlərinin bərpası, adlarına bağlı olan yerlərin abadlaşdırılması, yenidən ziyarətə açılması həm də həmin din xadimlərinin, şeyxlərin, mömünlərin ruhlarını şad edir”.   

OXŞAR XƏBƏRLƏR

Tarixdə baş verdiyinə inanmaq istəməyəcəyiniz qəribə hadisələr

Tarix boyu eşidənləri heyrətə salan hadisələr baş verib. Onlardan bəziləri o qədər qəribədir ki, həqiqətən baş verə biləcəyini təsəvvür etmək belə çətindir. Amm...

Alimlər insanların 1000 ildən sonra necə görünəcəklərini açıqladı

İnsan bədəninin və həyat tərzinin gələcəkdə necə formalaşacağı elm adamlarının ən çox maraqlandığı mövzulardan biridir. Texnologiyanın inkişafı, genetik müdaxil...

Vəfat edən şəxsin pensiya kapitalını bu şəxslər ala bilər

Vətəndaş illərlə işləyir və pensiya kapitalında müəyyən məbləğ toplanır.   Əgər şəxs pensiya yaşına çatmamış və ya pensiya almağa başladıqdan sonra k...

Rəşad Dağlı azadlığa buraxıla bilər

Bu həftə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarına start verilir. İlk iclasın fevralın 12-də keçirilməsi planlaşdı...

Sürücülərin diqqətin: YENİ FIRILDAQÇININ VİDEOSU

Bakıda fırıldaqçılığın yeni növü ortaya çıxıb. Xeyli sayda sürücü bu vəziyyətlə üzləşib.   Sfera.az xəbər verir ki, fırıldaqçılıqla məşğul olan şəxs ...

Murad 11-ci dəfə əməliyyat olundu

Murat Dalkılıç 11-ci dəfə burun əməliyyatı keçirib.   Sfera.az xəbər verir ki, musiqi siyahılarında daim zirvədə olan məşhur müğənni Murat Dalkılıç t...