\"Lotu Quli\"nin ən yaxın adamı \"Vəhşi\" hara nəzarət edəcək?- 50 min...

\
Bir qədər əvvəl Türkiyədə qətlə yetirilmiş "Lotu Quli"nin ən sadiq adamlarından olan "Vəhşi Arman” ləqəbli Arman Cumagəldiyev Qazaxıstan və Urala nəzarətçi təyin edilib.

Sfera.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Vəhşi” vaxtı ilə "Quli"nin ən sadiq adamlarından sayılırdı. Hətta o dərəcədə Ki, kimisə cəzalandırmaq lazım gələndə, bunu çox vaxt elə o edirdi. 

Məsələn, bir dəfə  "Quli"nın olduğu toplantında Quram Çixladze sillələnib. Məsələ ondadır ki, "Quli" ilə yaxınlaşan Quramın Türkiyədə qətlə yetirilən Rövşən Lənkəranskinin adamları ilə yaxınlığı üzə çıxıb. Bu adamlar isə 2017-ci ildə Türkiyədə "Quli"nin evinə basqın ittihamlı ilə həbsə alınmış, sonradan "Quli"nin şikayət etməməsi səbəbindən azadlığa buraxılmışdılar.

"Quli" Qurama Lənkəranski klanı ilə internetdə üzə çıxan şəklindən sonra hərəkətini görə sillələdib, ondan uzaq durmasını istəyib. Bu işi isə "Vəhşi Arman” edib. 

Hazırda 36 yaşı olan Arman Qazaxıstanın Çimkənd şəhərində anadan olub. Uşaq vaxtlarında boksla məşğul olub və idmanda uğur qazan bilib. Məsələn, o, bir dəfə dünya ikincisi olub, ümumilikdə isə onun kolleksiyasında  10-u qızıl olmaqla 16 medal var.

17 yaşında ikən ətrafına xeyli idmançı yığa bilib. Onun dəstəsi uzun müddət bir sıra kriminal "razborka”larda iştirak ediblər. İki dəfə həbs edilib. Daha sonra isə Qazaxıstanı tərk edərək Türkiyəyə gəlib. Quli ilə də elə burada tanış olub. Yeri gəlmişkən, "Vəhşi Arman” Instagramda fəaldı. Onun 50 mindən çox izləyicisi var.

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...