"Lotu Quli" etiraz edir: "Məni bura qatmayın..."

"Qanuni oğru”, kriminal aləmdə "Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov həbsxanaya göndərilən "proqona” onun da adının yazılmasına etiraz edib.

Virtualaz.org xəbər verir ki, bu barədə "Praym Kraym” nəşri məlumat yayıb.

Belə ki, "Lotu Quli” hazırda həbsxanada cəza çəkən "Artur Molodoy” ləqəbli Artur Atabekyana heç bir dəstək vermədiyini bəyan edib. Həmçinin, adının "proqona” onun izni olmadan yazılmasının izahatını tələb edib.

"Artur Molodoy”un namizədliyini "Kutaisi qruplaşması” dəstəkləyir. "Lotu Quli” də bu qruplaşmaya dəstək verib. Lakin özünün razılığı olmadan adının "proqona” yazılması ciddi narazılığa səbəb olub. O, həmçinin hazırda Rusiyada "qanuni oğru”lara qarşı savaş başlandığını, bu cür müzakirələrin yersiz olduğunu deyib.

"Lotu Quli”nin bu cür reaksiyası "Kutaisi qruplaşması”nın avtoritetlərini məyus edib. N.Səlifovun isə buna reaksiyası belə olub: "Nə istəyirsiniz edin, nə istəyirsiniz yazın, amma məni qatmayın".

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...