“LİBRAFF” Bakının mərkəzində daha iki mağaza açır - AÇIQLAMA

“LİBRAFF” Bakının mərkəzində daha iki mağaza açır - AÇIQLAMA
"Bəzi saytlarda gedən informasiyalarda qeyd olunduğu kimi "LİBRAFF” kitab mağazaları şəbəkəsi bağlanmır, əksinə şəhərin mərkəzi hissəsində daha iki mağazamız açılır”.

Sfera.az xəbər verir ki, bu açıqlamanı "LİBRAFF” mağazalar şəbəkəsinin direktoru Cəlalə Nəzəroğlu verib. O, bildirib ki, yalnız "Bravo” marketlər şəbəkəsində yerləşən iki "LİBRAFF” mağazasının fəaliyyəti dayandırılıb. İki filialın bağlanması "LİBRAFF”ın yeni strategiyasına əsasən baş tutub:

""LİBRAFF" bağlanmır. Yalnız "Bravo" marketin tərkibində olan mağazaları bağlamışıq. Yeni strategiyamıza əsasən, marketlərdə kitab mağazaları saxlamayacağıq. Təcrübə göstərdi ki, marketə girən müştəri kitab almağa meyilli olmur. Bu, biznesdir, hər zaman uyğun addımlar atmaq lazımdır. Bağladığımız mağazaların əvəzində şəhərin iki ən yaxşı yerində böyük və yüksək səviyyəli mağaza açacağıq”.

Yayılan məlumatlarda o da qeyd olunub ki, bu yaxınlarda LİBRAFF-ın daha bir neçə mağazası bağlanacaq. Məsələyə münasibət bildirən Cəlalə Nəzəroğlu onu da qeyd edib ki, bu, kökündən yanlış olan məlumatdır.

"Yuxarıda da qeyd etdiyimiz kimi "LİBRAFF” mağazalarını genişləndirməkdə davam edəcək. Odur ki, məlumatı yayarkən rəsmi açıqlamanın alınması da arzuolunandır. Bu həm peşəkarlıq baxımından önəmlidir, həm də xəbərin daha düzgün formada çatdırılmasına imkan yaradır”.
 
kulis.az

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...