“Leyla ilə boşandığımızı atama deyəndə söylədi ki, axmağam” – Emin Ağalarov

“Leyla ilə boşandığımızı atama deyəndə söylədi ki, axmağam” – Emin Ağalarov
"Bizim boşanmağımız haqda hamı KİV-dən öyrəndi. Atama boşandığımızı deyəndə söylədi ki, axmağam”.

"Yeni Sabah” xəbər verir ki, bunu Məşhur ifaçı Emin Ağalarov Kseniya Sobçaka müsahibəsində deyib. O, qeyd edib ki, hazırda Leyla Əliyeva ilə münasibətləri yaxşıdır: "Biz bacı-qardaş kimi olmuşuq. Müntəzəm olaraq zəngləşirik, şəxsi və şəxsi olmayan mövzuları müzakirə edirik. İlk gündən münasibətlərimiz isti idi, bundan qazanan uşaqlar oldular.

Biz ortaq qərarla düzgün yol seçdik. Bu gün Leyla ilə olan münasibətlərimiz əvvəlkindən daha yaxşıdır. Hesab edirəm ki, bir dövr olub ki, o məndən inciyib.

O vaxt mənim Azərbaycanda heç bir biznesim yox idi. Həmişə prezident tərəfdən tam dəstək hiss etmişəm, indi də elədir. Hətta qürrələnə bilərəm  - cənab prezident bir neçə il əvvəl mənə Azərbaycanın Xalq artisti adını verib. Həmin vaxt biz artıq Leyla ilə ayrılmışdıq. Bu, onun şəxsən imzaladığı yüksək mükafatdır və buna görə ona minnətdaram”.

E. Ağalarov daha sonra Alyona Qavrilova ilə boşanmasından da danışıb: "Problem daha çox məndə idi, həyat tərzimdə, dünyagörüşümdə. Kənardan elə görünür ki, mənimlə asandır, amma əslində belə deyil. Yəqin ki, istənilən qadına mənimlə çətin olar. Hər şey mən istədiyim kimi olmalıdır, başqa cür ola bilməz. Beynim hər şeyi anlayır, ancaq güzəştə gedən adam kostyumu geyinmək hələlik mənlik deyil. Bu istiqamətdə işləməyə başlamışam. Beynimi qurdalamağa başladım, psixoloqa getdim, o da mənə kömək etməyə çalışır”. 
 

OXŞAR XƏBƏRLƏR

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...