Leyla Əliyeva müalicə müəssisəsində oldu

Leyla Əliyeva müalicə müəssisəsində oldu
 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub.

Leyla Əliyeva burada müalicə alan uşaqlarla görüşüb, onlarla söhbət edib.

Tibbi heyətlə görüşən Leyla Əliyeva uşaqların müalicəsinin gedişi və müəssisədə yaradılmış şəraitlə tanış olub.

Qeyd edək ki, institut hazırda üç hissədən ibarətdir: klinika, Mərkəzi Qan Bankı və elm bölməsi. Klinikanın tərkibinə böyüklər üçün iki hematoloji şöbə, uşaq hematologiyası, reanimasiya və intensiv terapiya, konsultativ poliklinika, klinik-diaqnostik laboratoriya və talassemiyanın profilaktikası şöbələri daxildir.

2017-ci ildə Dövlət Proqramı çərçivəsində institutda yeni immunohistoloji müayinələrin aparılması üçün laboratoriya da yaradılıb. Burada immunohistokimyəvi müayinələrin köməyi ilə qanın bədxassəli xəstəliklərinin tam diferensial diaqnostikası, hədəf terapiyanın monitorinqi və xəstəliyin proqnozu müəyyən edilir. Artıq leykozların diaqnostikası və müalicəsi məqsədilə xəstələrin digər ölkələrə getməsinə ehtiyac qalmır.
Trend

OXŞAR XƏBƏRLƏR

Bu preparat koronavirusun qarşısını ala biləcək - Alimlərin yeni tədqiqatı - FOTO

 Yapon alimləri "Nelfinavir" adlı preparatın koronavirusa qarşı efektiv vasitə olduğunu müəyyənləşdiriblər. Sfera.az xəbər verir ki, elm adamlarının ...

Zökəmlə necə mübarizə aparmalı?

  Zökəm (rinit) – burun boşluğu selikli qişasının iltihabi xəstəliyidir. Gedişinə görə rinitlər kəskin və xroniki ola bilirlər. Statistikaya görə iqtisadi...

Əllərdə bu dəyişikliklər AĞCİYƏR XƏRÇƏNGİNƏ işarə edir - FOTO

Xərçəngin ilkin mərhələlərdə aşkar olunması insanın sağlamlığını və həyatını xilas etməyə imkan verir. Bu səbəbdən xərçəngin ilkin simptomlarını bilmək çox vaci...

QİÇS xəstəsi: “Dörd dil bilirəm, türkmən qızla cinsi əlaqədə oldum, dostlarım məndən üz çevirdi” - REPORTAJ

 "Temperaturum düşmürdü. Nə edəcəyimi bilmədim. Təcili yardıma zəng etdim və məni xəstəxanaya çatdırdılar. Analiz verdim. Bir müddət sonra mənə zəng gəldi ...

Qaralmaq istədi, xərçəngə tutuldu - FOTO

  ABŞ-ın Oklahoma ştatının Morrison şəhərində bir qadın qaralmaq sevdasından yaranan dəri xərçənginə görə burnunda dəliklə yaşamalı olub. Bu barədə "Unil...

Rəşad Mahmudov 4 aylıq körpəni belə xilas etdi - VİDEO - FOTOLAR

Ürək-damar cərrahı, t.ü.e.d. Dr. Rəşad Mahmudovun rəhbərliyi altında 4 aylıq körpədə uğurlu əməliyyat icra olunub.     Xəstə  Məhəmm...