Leriklilərin üz çevirdiyi İqbal Məmmədovun var-dövlətinin siyahısı yayıldı...

Leriklilərin üz çevirdiyi İqbal Məmmədovun var-dövlətinin siyahısı yayıldı...

78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizəd İqbal Məmmədova qarşı etirazlar səngimək bilmir.

Artıq bir neçə gündür ki, Lerik rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Cəlil Baxşıyevlə rayonun kəndlərində seçicilərlə görüşə gedən İqbal Məmmədovun görüşünə heç kim gəlmir.

Secki.net xəbər verir ki, deputatlığa namizədlə rayon icra başçısının müavini görüşə getdikləri kəndlərdə kənd icra nümayəndələrinin evlərində qonaq olur, şəkil çəkdirib yaydıraraq sadə insanların onlara dəstək verdiyi görüntüsü yaratmaqla ictimaiyyəti aldatmağa çalışırlar.
Lerik sakinlərinin İqbal Məmmədova qarşı olan qəzəblərinin səbəi isə indiyə kimi onlarla maraqlanmamasıdır.
Bu arada sosial şəbəkələrdə İqbal Məmmədovun dəyəri on milyonlarla ölçülən var dövlətinin siyahısı yayılıb:

1. "Kaspi Yıldız” şirkətlər qrupu (otellər, restoranlar).
2. "Relax” şirkətlər qrupu (Lerikdə "Relax” İstirahət Mərkəzi də bura daxildir).
3. Şamaxı rayonu Göylər kəndinin yaxınlığında ferma.
4. Şamaxı rayonunda mal-qara və əkin-biçin təyinatlı hektarlarla torpaq sahəsi.
5. Lerik rayon sakini Eldəniz Quliyevin əlindən alınan 60 sot torpaq.
6. Türkiyədə İstanbul və Ankara şəhərlərində 1 villa, 2 mənzil (oğlu Mirhəmid Məmmədov da Türkiyədə təhsil alır).
7. Xətai rayonu Fəzail Bayramov 11/56 ünvanında 3 mənzil.
8. Yanğınsöndürmə balonlarının biznesi ("Azərtürkmm” şirkəti).
9. Tibbi yardım çantalarının ("apteçka”) biznesi (Azərtürkmm” şirkəti).
10. Lerik rayonunda donuz ferması.
11. Lerik rayonunda dəvəquşu ferması.
12. "Piran broyler” şirkəti (qardaşı Çingiz idarə edir).
13. Piran kənində şeben və kərpic fabrikləri.
14. Şüvəlan və Novxanıda villa.
15. Şəhərin müxtəlif ərazilərində yeni tikilmiş binada mənzillər,
16. Ukrayna, Belarusiya və Rusiyada ticarət obyektkləri və mənzillər,
17. İngiltərə, İsveçrə, Çexiyada mənzillər,
18. Lerik rayonunda villalar…

Xatırladaq ki, ötən ilin avqust ayında İqbal Məmmədova məxsus "Relax” istirahət mərkəzində yoxlamaya gəlmiş Vergilər Nazirliyinin əməkdaşları döyülmüşdü.

Baş verən insidentə görə İqbal Məmmədovun oğlu və qardaşı oğlu olmaqla 6 nəfər saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçildi.Qlobal.Az


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...