Lavrovla Mirzoyan Qarabağı müzakirə etdilər

Lavrovla Mirzoyan Qarabağı müzakirə etdilər
Rusiya xarici işlər naziri Sergey Lavrovla erməni həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb. 

Söhbət zamanı tərəflər 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlar çərçivəsində tərəflərin üzərinə götürdüyü öhdəliklərin icrasını müzakirə ediblər.

Həmçinin, Qarabağ məsələsinin ATƏT-in Minsk qrupunun mandatı çərçivəsində müzakirəsinin vacibliyi qeyd olunub.

OXŞAR XƏBƏRLƏR