Lavrov: "Qərb Rusiyaya qarşı məhdudlaşdırıcı səyləri ikiqat artırıb"
Dünya
14:08 / 26.01.2022
565
"ABŞ və Avropadakı müttəfiqləri Rusiyaya qarşı məhdudlaşdırıcı səyləri ikiqat artırıblar".
Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
O, beynəlxalq aləmdə pozitiv olmayan dəyişikliklərin baş verdiyini də vurğulayıb.
Rusiyalı nazir iddia edib ki, Qərb rəsmi Kiyevi Rusiyaya qarşı birbaşa təxribata sürükləyir.