\"Lavrov İrəvanda “soyqırım abidəsini” ziyarət etdiyi kimi, Bakıda da \"Şəhidlər Xiyabanı\"nı ziyarət etməlidir”

\
"Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarıyla birgə keçirdiyi mətbuat konfransında belə bir cümlə işlədib: "Minalardan təmizləmə, dini və mədəni irsin qorunması istiqamətindəki səylərimiz azalmır”. Görünür, Lavrov "minalardan təmizləmə” dedikdə ancaq rusiyalı hərbçilərin Qarabağda öz ətraflarını təmizləməsini nəzərdə tutub”.
 
Sfera.az-ın məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, əslində ermənilər harda gəldi minalar basdırıblar:

"Azərbaycan vətəndaşları müharibədən sonra minaların partlamasından həlak olurlar, çünki ermənilər xəritələri bizə vermək istəmirlər. Bu haqda Lavrov İrəvanda heç nə deməyib. O ki qaldı Lavrovun cümləsindəki "dini və mədəni irsin qorunması istiqamətindəki səylərimiz azalmır” hissəsinə, Qarabağda dini və mədəni irsi də biz özümüz bərpa edirik. Görünür, Lavrov bu cümlədə də  "ermənilərə aid olanları” nəzərdə tutub. 

Rusiyalı nazir həmçinin etimad ab-havasının yaradılması üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin bundan sonra da fəaliyyətinin zəruri olduğunu söyləyib. Azərbaycanın bu "zərurətə” də ehtiyacı yoxdur.

Sergey Lavrov erməni jurnalistlərdən birinin Azərbaycan prezidenti İlham Əliyevin Zəngəzur dəhlizinin işə salınmasıyla bağlı sualına da belə cavab verib ki,  kommunikasiya xətlərinin açılması tərəflərin razılığı və qarşılıqlı faydalılıq əsasında açılmalıdır. Yəni Lavrovun məntiqindən çıxış etsək, əgər Ermənistan razı deyilsə, Zəngəzur dəhlizi açıla bilməz". 

E.Şahinoğlunun sözlərinə görə, beləliklə, Lavrovun İrəvanda dedikləri erməniləri rahatlatmaq məqsədi daşıyıb:

"Görək Lavrov Bakıda nə deyəcək? Ona minalanmış ərazilərin xəritəsindən tutmuş "İsgəndər” raketlərinə qədər suallar vermək lazımdır. Bir də necə ki, Lavrov İrəvanda "soyqırım abidəsini” ziyarət edib, Bakıda da "”Şəhidlər Xiyabanını” ziyarət etməlidir”.

Günay
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kamçatkada güclü zəlzələ baş verdi

Kamçatkada Avaça körfəzi sularında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə “Rusiya Elmlər Akademiyasının Vah...

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...