\"Lap intihar anında çiynimi ayaqlarının altına qoyardım\"- ATV APARICISI PSİXOLOQUN ÖLÜMÜNDƏN YAZDI

\
ATV-nin məşhur aparıcısı, eyni zamanda vəkil olan Zülfiyyə Bayramova dostu psixoloq Dəyanət Rzayevin ölümündən olduqca təsirlənib.

Sfera.az xəbər verir ki, o, hisslərini belə büruzə verib: 

QIRMIZI GÖDƏKÇƏLİ DƏLİ DOSTUM

"Dünən eşitdim ki, dərdlərimizi dinləməkdən bezib bizi tərk etmisən! Sən axı insanların dərdlərinə şərik olmaqdan bezməzdin. İndi niyə bezdin? Çoxmu yorduq hə, səni? Hərəmiz bir tərəfdən dərdimizi sənə yükləyib özümüz yüngülləşdik, sənsə o dərdlərin altında tək qaldın. Sənə imkan vermədik öz dərdlərinlə də məşğul olasan. Bilirsən, kiçik oğlum eşidəndə nə dedi? Dedi dərdlərinizi yükləyib dəli etdiniz adamı. Küsdün bizdən, biz olan dünyada yaşamaq istəmədin. Bizmi artıqlıq, ağırlıq elədik sənə? Yox, sən küsməmişdin axı heç küsməmişdin. Elə olsaydı, israrla zəng edib görüşməyimizi istəməzdin. Dörd gün əvvəlki görüşümüzü unutmamısan ki? Həmişəki kimi gülərüz idin. Əsl Dəyanət. Yenə hər şeydən danışdın, zarafat etdin, sözarası elə ölmək istəyirəm da dedin. Mənsə sənin arxasında bir ciddiyyət dayanan bu sözünü zarafat hesab edib kvartalın axırıdır, nə ölmək ölmək salmısan dedim. Nə biləydim ki, bu qədər gülərüz simanın arxasında həmin gün ondan da ciddi missiya dayanıbmış. Bəlkə də həmin gün mənimlə halallaşmağa, son dərdləşməyə, lap elə sağollaşmağa gəlmişdi. İndi o anı geri qaytarıb ayaqlarına düşüb yalvarardım ki, bu sözü nə dilinə gətir, nə bu işi tut. Lap o anın özündə ayaqlarından da tutardım. Lap intihar anında çiynimi ayaqlarının altına da qoyardım... 

Həmin gün sən qırmızı gödəkcə geymişdin, mən sarı. Psixoloqların qırmızı rəngi niyə bu qədər çox sevdiyini soruşdum. Sən də mənim gödəkcəmə işarə ilə "dəli qırmızı, gic sarı" məsəlini yada saldın. Hə, sən dəlilik etdin, canına qıydın, mənsə giclik edib sənin eyhamlarını başa düşmədim. Mən səni anlamalı idim, sən axı bir hərəkətdən alayırdın məni. Yeqin səni bir işarədən anlayacaq qədər yaxşı dost ola bilmədim. Sağollaşıb gedəndə yarı yoldan qayıdıb dübarə görüşməyini də ciddiyə almadım. Nə biləydim ki, bu, sağollaşmadan vidalaşmaya keçiddir. Kaş o anları geri qaytarmaq iqtidarinda ola biləydim. Heyf... Bu gün hamı kimi mən də səninlə vidalaşmağa gəlmək istədim, amma özümdə güc tapa bilmədim, yoldan qayıtdım. 

Bildim ki, səni ağ kəfəndə, qara torpaqda görməyi qəbul edə bilməyəcəyəm. İstərdim mənim qırmızı gödəkcəli dəli dostum sarı gödəkcəli gic dostunun yadında 4 gün öncəki kimi qalsın. İncimişəm səndən, mən hansı vəziyyətdə sənin yanına gəlirdimsə geri qayıdanda mütləq üzüm gülürdü, içimdə yüngüllük olurdu. Bu gun sənin yanına necə ağlaya-ağlaya gəldimsə, elə də qayıtdım. İçimdə sən boyda bir dərd qaldı, əziz dostum. Axı dərdlərimi səninlə bölüşürdüm. Gəl sənə bir dərdimi də danışım. Mənim çox yaxın dostum, sirdaşım canına qıyıb, bu boyda dərdim var. Dəyanət, bəs mən indi kiminlə bölüşüm bu dərdi, axı dərdimi dinləyən dostum daha məni dinləmir. Hara gedim, mənim qırmızı gödəkcəli dəli dostum, hara?".(big.az)

OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...