“Lamiyə babasına söz vermişdi, təəssüf ki, bu günü görə bilmədi” - Fotolar

“Lamiyə babasına söz vermişdi, təəssüf ki, bu günü görə bilmədi” - Fotolar
Azərbaycan yığmasının Tokio-2020 Yay Paralimpiya Oyunlarında uğurlu çıxışı hər kəsi sevindirib. Komandamız 14 qızıl, 1 gümüş və 4 bürünc medalla Yaponiya paytaxtında kifayət qədər yüksək nəticələrə nail olub.

Bu idmançılardan biri də para-atlet Lamiyə Vəliyevadır. Atletika yarışlarında 100 metr məsafəyə qaçışda ikinciliklə kifayətlənən xanım idmançımız 500 metr yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxa bilib. Onun bu çıxışları sosial şəbəkələrdə müsbət mənada müzakirə mövzusudur. 

19 yaşlı Lamiyə idmana babasının sayəsində gəlib. "Qafqazinfo”ya danışan idmançının atası Rövşən Vəliyev bildirib ki, qızı ilk dəfə voleybolla məşğul olmağa başlayıb: "Babası voleybola baxmağı xoşlayırdı və Lamiyəni idmana yazdırmağı qərara aldı. Orada Şahin müəllim var idi, deyirdi ki, Lamiyə yaxşı idmançıdır, hər şeyi edir, amma digər uşaqların oyununa görə çox əsəbiləşir. Bildirdi ki, ona təklik lazımdır. Bizə dedi ki, onun yaxşı qaçmağı var və atletikaya yönəldə bilərsiz. Mən də orada idim. Qızım yanıma gələndə soruşdum ki, atletikaya yazdırsam, necə olar, orada bacararsan?

Dedi ki, mən əsəbiləşirəm və tək idman növü yaxşı olar. Mənə bildirdi ki, orada öz-özümə cavabdeh olacağamsa, hər şey qaydasında gedəcək. Bir az işlərim oldu və onu atletikaya aparmağı gecikdirdim. Bir gün gəldim gördüm ki, artıq babası onu atletikaya aparıb və orada hazırkı məşqçisi Tofiq müəllimlə (Tofiq Əliyev) rastlaşıb. Tofiq müəllim Lamiyəyə baxdıqdan sonra onu dərhal hazırlığa götürüb və babası "sizə nə qədər ödəniş edəcəyik?” deyəndə, Tofiq müəllim "bu uşağa görə ödəniş almaq günahdır” deyib. Beləcə Lamiyənin karyerası başladı”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova da qardaşı qızı Lamiyə Vəliyevanın çıxışı ilə bağlı təəssüratlarını saytımızla bölüşüb: "Lamiyə gümüş və qızıl medallarla bütün Azərbaycanı sevindirdi, bayrağımızı zirvələrə qaldırdı. Əldə etdiyi bu zəfər, yüksək nəticə onun bacarığının, hazırlığının, məqsədyönlülüyünün və iradəsinin açıq sübutudur. Bu, həm də yetişməkdə olan gəncliyimiz üçün bir örnəkdir. Mən ikiqat sevinirəm, ikiqat qürurlanıram. Lamiyə təkcə ailəsinə, doğmalarına, qohumlarına və yaxınlarına deyil, Vətəninə, xalqına, milyonlarla soydaşımıza sevinc bəxş etdi.

Lamiyə gözümüzün önündə böyüdü, şən, gülərüz, bir az da ərköyün qızdır. Düzü, o vaxtlar heç kim onun idman həyatına addım atacağını, peşəkar idmana qoşulacağını ağlına belə gətirmirdi. Atası idman cüssəli, fiziki cəhətdən möhkəm olsa da, peşəkar idmanla məşğul olmamışdı. Lamiyənin 12-13 yaşı olarkən qaçış idmanına həvəsini və potensialını ilk olaraq babası Şahbaz əmi hiss etmiş və onu ruhlandırmışdı. Qardaşım Rövşən Lamiyəyə sonradan dəstək oldu, bir ata kimi üzərinə düşəni etdi, mütəxəssislərin, xüsusən də məşqçi Tofiq Əliyevin rəyini öyrəndi. Lamiyə isə öz potensialını büruzə verdi. Gözəl qız gözlərində olan zəifliyə görə para-atletika yarışlarında mübarizə aparmağa başlayıb. Ən təsirlisi odur ki, Lamiyə babasına mütləq çempion olacağına, himnimizi beynəlxalq arenada səsləndirəcəyinə, üçrəngli bayrağımızı zirvələrdə dalğalandıracağına söz vermişdi. Lamiyə sözünü tutsa da, çox təəssüf ki, babası onun parlaq qələbəsini görə bilmədi. Kaş ki, bu möhtəşəm zəfər 6 ay əvvəl qazanılsa idi. Buna baxmayaraq, nəvəsini hər zaman qələbə qazanacağına ruhlandıran Şahbaz əminin də Lamiyənin medallarına və ən əsası çempionluğuna görə ruhunun şad olduğuna inanıram".

Elsevər Məmmədov

 

 







 

OXŞAR XƏBƏRLƏR

Rusiya nümayəndə heyəti Azərbaycana gəlir - Münasibətlər stabilləşəcəkmi?

Bir sıra “Telegram” kanallarının məlumatına görə, Moskvada Azərbaycanla bağlı qeyri-rəsmi nümayəndə heyəti formalaşır. Nümayəndə heyəti bu həftə Bak...

Qəzada ölən 20 yaşlı Ülvinin FOTOSU

Xəbər verdiyimiz kimi, Lənkəranda minik maşınının yük avtomobilinə çırpılması nəticəsində 1 nəfər ölüb.   Sfera.az-ın "Unikal"a istinadən m...

PKK liderinin videosu yayıldı - "11 iyulda..."

PKK lideri Abdullah Öcalan təşkilatın tərksilah prosesi ərəfəsində video müraciət yayıb. Paylaşılan video mesajda Ömer Hayri Kaynar, Veysi Aktaş, Mahmut Yamalak...

İsti hava 10 gündə 2300 insanın həyatına son qoyub

Qlobal istiləşmə və iqlim dəyişikliyinin zərərləri ilə bağlı narahatlıqlar artdığı bir vaxtda, avropalı alimlərin apardığı yeni araşdırma diqqət çəkib.  ...

Bakıda 15, Sumqayıtda 11 min manatlıq oğurluq olub

Bakı və Sumqayıt şəhərlərində oğurluq edən şəxslər saxlanılıblar.   Sfera.az xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyindən...

"Azərbaycanın hüquq-mühafizə orqanları ilə əlaqədəyik" - Rusiya XİN

"Biz münasibətlərin yaxşılaşdırılması üçün Azərbaycan tərəfi ilə hüquq-mühafizə orqanları vasitəsilə əlaqə saxlayırıq".    Sfera.az xə...