“Laçındakı birgə təlimlərin məqsədi..” – Erməni silahlılarına qarşı həlledici zərbə?

“Laçındakı birgə təlimlərin məqsədi..” – Erməni silahlılarına qarşı həlledici zərbə?
"Laçında reallaşdırılan birgə hərbi təlim Qarabağdakı silahlı erməni tör-töküntülərini zərərsizləşdirmək, onları regiondan uzaqlaşdırmaq məqsədilə görülən tədbir kimi qiymətləndirilə bilər”.

Bu sözləri Sfera.az-a açıqlamasında Laçında keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimlərin siyasi-hərbi üstünlüklərindən danışarkən, hərbçi ekspert Üzeyir Cəfərov deyib:

"Azərbaycan Müdafiə Nazirliyi Hərbi-Dəniz Qüvvələrinin "Kotik” xüsusi təyinatlıları ilə Türkiyə komandoslarının təlimi Azərbaycan üçün çox önəmlidir. Bu xüsusi təyinatlılar dağ şəraitində hazırlanıb və onlardan istənilən şəraitdə istifadə oluna bilir. Təlimdə iştirak edən Türkiyənin xeyli sayda zabiti başqa ölkələrdə təlimlər keçdiyindən bacarıq və peşəkarlıqları çox yüksəkdir”.
 
Həmsöhbətimizin fikrincə, hərbi təlimin siyasi anlamı hərbi anlamından artıqdır:
 
"Azərbaycan Türkiyə ilə ilk dəfədir ki, işğaldan azad olunmuş ərazidə hərbi təlim keçir. Bu isə əlbəttə ki, düşmənə və onun havadarlarına mesajdır. Azərbaycan-Türkiyə təlimləri tarixində ilk dəfədir ki, eyni anda ayrı-ayrı yerlərdə bir neçə istiqamət üzrə hərbi təlimlər keçirilir. Hazırda Konyada, Laçında, Bakıda belə təlimlər keçirilir. Gələn həftə Bakıda Azərbaycan, Türkiyə və Pakistanın da iştirakı ilə yeni bir təlimə start veriləcək. Təhlükə yaranacağı təqdirdə, Azərbaycan Ordusunun xüsusi təyinatlıları rahat şəkildə Türkiyənin gücündən də istifadə edə biləcək. Birgə planlar buna imkan verir”.
 
Elçin
 

OXŞAR XƏBƏRLƏR

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...