Laçında şəhid olan zabitin nəşi ailəsinə təhvil verildi

Laçında şəhid olan zabitin nəşi ailəsinə təhvil verildi
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası zamanı şəhid olan baş leytenant Nəsibov Elməddin Süleyman oğlunun nəşi Tovuz rayonuna gətirilərək ailəsinə təhvil verilib.

Sfera.az-ın məlumatına görə, hazırda ailəsinin yaşadığı Tovuz şəhəri, Mirzə Ələkbər Sabir küçəsində yerləşən evdə onunla vida mərasimi keçirilir.

Mərasimdə şəhidin yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri və rayon sakinləri də iştirak edirlər.

Şəhid vida mərasimindən sonra Tovuz şəhər qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, E.Nəsibov 1989-cu ildə Tovuz rayonunda anadan olub. O, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, Qubadlı və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub. Ailəli idi, övladı yoxdur.

Xatırladaq ki, iyun ayının 16-da saat 16:40 radələrində DSX-nin Sərhəd Qoşunlarının "Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib. Sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında "MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.

Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu vəfat ediblər.

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...