Laçında bu obyektlər su ilə təchiz edilib

Laçında bu obyektlər su ilə təchiz edilib
Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq "Azərsu” ASC işğaldan azad edilmiş ərazilərdə su təchizatı sistemlərinin bərpası və yenidən qurulması istiqamətində işləri davam etdirir.

Qurumdan Sfera.az-a verilən məlumata görə, işğaldan azad olunmuş Laçın rayonunda təxirəsalınmaz tədbirlər görülərək hərbi və mülki təyinatlı obyektlərin su təchizatı təmin edilib.

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının məlumatına görə, Laçın rayonu işğaldan azad olunduqdan sonra operativ şəkildə içməli su təchizatı sistemlərinin bərpasına başlanılıb. Rayon ərazisində xidməti vəzifələrini yerinə yetirən şəxsi heyətin, eləcə də tikinti-quraşdırma işlərinə cəlb olunmuş mülki əhalinin dayanıqlı içməli su təminatı məqsədilə su mənbələri, magistral kəmərlər və anbarlarda zəruru işlər görülür.

Laçın rayonundakı içməli su mənbələri işğal dövründə istifadəyə yararsız vəziyyətə salındığından "Azərsu”yun mütəxəssisləri mənbələrə baxış keçirib və yaşayış məntəqələrinə bulaqlardan suyun verilməsini qərara alıb. Su mənbələrindən götürülən analizlər müsbət nəticələr verib. Bulaqlardan yaşayış olan obyektlərə ümumilikdə 13 km uzunluğunda müxtəlif diamtelri su xətləri çəkilib və ərazidə fəaliyyət göstərən obyektlər dayanıqlı içməli su ilə təmin olunub. Eyni zamanda zərurət yarandıqda maşınlarla suyun daşınmasının təmin etmək üçün 3 nöqtədə sudoldurucu qüllələr quraşdırılıb. Hazırda Kəlbəcər Sukanal Sahəsi tərəfindən Laçın rayonuna xidmət göstərilir.

"Azərsu” Laçın rayonu ilə yanaşı, Şuşa və Kəlbəcər şəhərlərində, Hadrut, Talış və Suqovuşan qəsəbələrində də fasiləsiz xidmət təşkil edib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ağdamda minaaxtaranlar üçün yeni mobil düşərgə salındı - FOTOLAR

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Ağdam rayonunda agentliyin minaaxtaranları üçün yeni mobil sahə düşərgəsi salıb. Sfera.az xəbər...

Ümrə ziyarəti üçün müraciət edənlərin sayı AÇIQLANDI

Azərbaycandan Ümrə ziyarəti üçün müraciət edənlərin sayı açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsindən  verilən məlumata görə,...

Güzəştli pensiyalarla bağlı komitə sədrindən AÇIQLAMA

Azərbaycanda güzəştli pensiyaların tətbiq ediləcəyi barədə fikirlər səsləndirilir. Bununla bağlı məsələyə münasibət bildirən əmək və əhalinin sosial müdafiəsi n...

Ordubada 41 sm qar yağdı - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Sfera.az  xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yanvarın 28-i saat 11:00-a olan mə...

Azərbaycanda COVID-19-a yoluxanların 51 %-i qadınlardır

Azərbaycanda koronavirusa yoluxanların cinsə görə bölgüsü açıqlanıb. Sfera.az xəbər verir ki, yoluxanlar arasında qadınlar üstünlük təşkil edir. Bel...

DYP vətəndaşlara xəbardarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyada işıqforları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. BDYPİ-dən Sfera.az-a daxil olan xəbərdarlıqda deyilir: ...