Kürd qüvvələri Suriyanın şimalından geri çəkilib

Kürd qüvvələri Suriyanın şimalından geri çəkilib
 

Suriya Demokratik Qüvvələri (SDK) Türkiyə sərhəddi yaxınlığındakı Ras'ul Ayn şəhərində olan hərbi qrupun geri çəkildiyini açıqlayıb. SDQ sözçüsü Kino Gabriel, "Artıq şəhərdə döyüşçümüz yoxdur" deyib.

Bazar günü Kürd Demokratik Birlik partiyasının (PYD) silahlı qanadı olan Xalq Mühafizə Qruplarının (YPG) bəzi döyüşçülərini və yaralıları daşıyan böyük bir maşın karvanı Ras'ul Ayn-dan gedib. Bəzi mülki şəxslərin də şəhəri tərk etdiyi müşahidə olunub.

Suriya Milli Ordusunun sözçüsü Yusuf Hamud isə SDQ-nin Ras'ul Ayn şəhərindən "tamamən getdiklərini" söyləyib.

SDQ-nin əsas hissəsini YPG təşkil edir. Türkiyə YPG-ni "terror təşkilatı" saydığı PKK-nın Suriyadakı qolu hesab edir.

Türkiyənin Milli Müdafiə Nazirliyindən bazar günü verilən açıqlamada isə "Barış Pınarı Hərəkatı"-da atəşkəs elan edildikdən bəri "55 maşından ibarət karvanın Ras'ul Ayn-a daxil olduğu və 86 maşından ibarət karvanın isə Tel Tamir istiqamətində şəhərdən çıxdığı" bildirilib.

Türkiyə oktyabrın 9-da Suriyanın şimalında və Fırat çayının şərqində başladığı "Barış Pınarı Hərəkatı" ilə Tel Abyad və Ras'ul Ayn şəhərləri olan bölgəyə yönəlib.

Hərəkatın 8-ci günü Türkiyə prezidenti Recep Tayyip Erdoğanın başçılıq etdiyi heyətlə ABŞ-ın vitse-prezidenti Mike Pence-nin başçılıq etdiyi heyət arasında görüşdə razılaşma əldə olunub.

Razılaşmaya görə, Türkiyə 120 saat müddətində hərbi əməliyyatları dayandıracaq və bu müddət ərzində YPG təqribən 32 km-lik ərazidə yaradılacaq təhlükəsiz bölgənin gerisinə çəkiləcək. Bu müddət çərşənbə axşamı gün başa çatır.

Türkiyənin əsas məqsədi kürdlərin Xalq Qoruma Birliyini (YPG) öz sərhədlərindən uzaqlaşdırmaqdır. Ankara onları "terrorçu" hesab edir.

Türkiyə hakimiyyəti Suriyanın şimal-şərqində sərhəd boyu kürd silahlılarının olmayacağı 32 kilometrlik "təhlükəsiz zona" yaratmaq istəyir.

Ankara "təhlükəsiz zonada" hazırda Türkiyədə yaşayan 2 milyon suriyalı qaçqını yerləşdirmək istəyir. Suriyada 2011-ci ildə başlamış vətəndaş müharibəsinə görə ölkəni tərk etmiş suriyalıların 3,6 milyon nəfəri Türkiyədədir.(virtualaz.org)



OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...