Külək elektrik stansiyası neçə evi işıqlandıracaq?

Külək elektrik stansiyası neçə evi işıqlandıracaq?
Bu gün Azərbaycanda qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının təməli atılacaq. Külək elektrik stansiyasının tikintisi tam xarici sərmayə hesabına həyata keçiriləcək.
 
Sfera.az xatırladır ki, bu stansiya Səudiyyə Ərəbistanın "ACWA Power” şirkəti tərəfindən inşaa olunacaq. Külək elektrik stansiyasının tikintisinə dair razılaşma 2020-ci ilin dekabrın 29-da Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə "ACWA Power” şirkəti arasında imzalanıb.  

Bəs, 240 MVt gücü olan bir stansiya ildə nə qədər elektik enerjisi istehsal edə bilər?

Texniki cəhətdən 1 MVt gücündə olan stansiya il ərzində maksimum 8,76 milyon kVt/saat elektrik enerjisi istehsal edə bilər. Bu qədər enerjinin istehsalı üçün stansiya ilin bütün günlərində 24 saat işləməlidir. Nəzəri baxımdan istilik elektrik stansiyalarının bu rejimdə işləməsi mümkündür. Amma külək elektrik stansiyaları belə imkana sahib deyil. Stansiya yalnız küləkli günlərdə işləyə bildiyindən onun istehsal imkanı iş intensivliyi ilə müəyyənləşir.

Dünyada hazırda ən yüksək göstərici Çindədir. Bu ölkədə külək stansiyaları 45-48 faiz iş intensivliyinə malikdir. Yəni, burada 1 MVt-lıq gücü olan stansiya ildə 3,94 milyon kVt/saat elektrik enerjisi istehsal edir.

Avropada və ABŞ-da isə bu göstərici 9-12 faizdir.

Azərbaycanda stansiya Abşeronda yerləşəcək. Çünki güclü küləkli günlərin sayına görə ölkəmizdə birincilik bu ərazidədir. Abşeronun elə yerləri var ki, burada küləkli günlərin sayı 140-220 gündür. Buna görə də deyə bilərik ki, yeni stansiya il ərzində maksimum gücünün 30-40 faizi qədərində elektrik enerjisi istehsal edə biləcək.

Stansiyanın gücünün 240 MVt olduğunu nəzərə alsaq, il ərzində stansiya 630 milyon kVt/saat elektrik enerjisi istehsal etmək imkanına sahibdir. Bu qədər elektrik enerjisi ilə 120-140 min mənzili elektrik enerjisinə olan ehtiyacını ödəmək mümkündür.

Vasif
Sfera.az

 


Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Türkiyənin Azərbaycanla imzalayacağı svop anlaşmasının DETALLARI BƏLLİ OLDU

Türkiyənin yaxın həftələrdə Azərbaycanla svop müqaviləsi bağlayacağı gözlənilir.   Sfera.az xəbər ki, bu haqda məlumat "Middle East Eye” saytında yer alı...

Mərkəzi Bank faizləri artırmağa davam edəcək

Azərbaycan Mərkəzi Bankı ötən ilin sentyabrından faiz dərəcələrinı artırır. Faiz dərəcələrinin artırılması qərarına təsir edən əsas amil isə inflyasiya səviyyəs...

Banklar dolları niyə limitlə satır? – “Buna ehtiyac yoxdur…”

Son günlər dünya bazarında neftin qiymətində artım müşahidə olunur. Hazırda "Brent” markalı neftin bir barreli 88,42 dollara, yüngül neftin bir barreli 86,44 ...

Azərbaycan niyə üzən məzənnə rejiminə keçə bilmir? – SƏBƏBLƏR

Üzən məzənnə rejiminə keçidin vacib olması ilə bağlı təkliflər yenidən səsləndirilir. Millət vəkili Vahid Əhmədov bildirib ki, manat gec-tez sərbəst buraxılacaq...

"Mövcud sistem dəyişəcək, qlobal pul vahidləri "konfet kağızı"na çevriləcək" - XƏBƏRDARLIQ

"İnsan hüquqları sırasında sabit pula hüquq yoxdur. Seksual azlıqların belə hüquqları tanınır, amma vətəndaşın dövlətdən sabit pul tələb etmək hüququ yoxdur”. ...

İdxalda bahalaşma 20 faizi ötdü: Ən çox bu malların qiyməti ARTIB

2021-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın idxal etdiyi malların dəyəri 21,2 faiz yüksəlib.   Sfera.az Dövlət Statistika Komitəsinə istinadən...