KSM və biznes ictimaiyyəti arasında qarşılıqlı əlaqələr genişləndiriləcək

KSM və biznes ictimaiyyəti arasında qarşılıqlı əlaqələr genişləndiriləcək
 

"Şəfqət” Kimsəsiz və Əlil Uşaqlara Yardım İctimai Birliyində "İctimai və Sosial Şura” yaradılıb.

Sfera.az xəbər verir ki, Şuranın yaradılmasında məqsəd birliyin fəaliyyətində ictimai iştirakçılığın təmin olunması, yerli və beynəlxalq layihələrin icrası, korporativ sosial məsuliyyət (KSM) və biznes ictimaiyyəti arasında qarşılıqlı əlaqələrin genişləndirilməsidir. İctimai və Sosial Şura birliyin idarəetmə funksiyasını həyata keçirəcəkdir.

İctimai və Sosial Şuranın rəhbəri Elşən Gəncəvi, icraçı direktor Loğman Əlisoydur. İctimai və Sosial Şurada ictimai, sosial, biznes və müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslər təmsil olunur.

Şura dövlət qurumları, özəl şirkətlər, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərlə əməkdaşlıq edəcəkdir. Həmçinin, ictimai xadimlərin, iş adamlarının, jurnalistlərin və digər statuslu şəxslərin ümumi fəaliyyətə cəlb olunaraq Şura üzvü seçilmələrinə dəstək verəcəkdir.

İctimai və Sosial Şurada aşağıdakı şəxslər təmsil olunur:

Elşən Gəncəvi – İctimai və Sosial Şuranın rəhbəri

Loğman Əlisoy – "Şəfqət” Kimsəsiz və Əlil Uşaqlara Yardım İctimai Birliyinin icraçı direktoru

Fuad Əsgərov – Qan Donorları Assosiasiyasının rəhbəri

Məhsəti Hüseynova – Qida Təhlükəsizliyi Hərəkatının həmtəsisçisi

Könül Aypara (Qocayeva) - "Mediapress.az" xəbər agentliyinin baş redaktoru

Zümrüd Şahova – Aparıcı-jurnalist (İctimai TV)

Pənah Əlisoy – Altis Şirkətlər Qrupunun marketinq direktoru

Rövşən Nəcəfov – "İnsan Mühəndisliyi” proqramının rəhbəri


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...