Kombinat direktorunun qətlini xadiməsi təşkil edibmiş - Təfərrüatlar

Kombinat direktorunun qətlini xadiməsi təşkil edibmiş -  Təfərrüatlar

Yanvarın 8-də Bakının Hövsan qəsəbəsindəki bağ evində xüsusi amansızlıqla qətlə yetirilən Bakı Taxıl Kombinatının direktoru Qalib Bağırovun qətlinin bəzi təfərrüatları məlum olub.

Sfera.az-ın məlumatına görə, Q.Bağırovun atası Afil Bağırov Trend-ə bildirib ki, qətl hadisəsində şübhəli bilinərək saxlanılan Mahnurə Hüseynova mütəmadi olaraq Q.Bağırovun evinə gəlib-gedirmiş. Qadın evin təmizlik işlərinə baxırmış və buna görə Q.Bağırovdan aylıq maaş alırmış. Evdə xadimə işləyən həmin qadın bir neçə gün öncə Q.Bağırovun qətlə yetirilməsi üçün plan hazırlayıb və bu barədə tanışlarından yardım istəyib. Qadın qətl planı ilə bağlı tanışları Ehtiram Həsənov və Mübariz Əliyevlə danışaraq planı həyata keçirəcəyi günü müəyyən edib. Bir neçə gün Q.Bağırovu izləyən həmin şəxslər yanvarın 8-də qətl planını həyata keçirib. İzlənildiyini görən Q.Bağırov isə bu məqsədlə evindəki pulları hadisədən bir gün əvvəl elə evindəki seyfindən götürərək iş yerinə aparıb. Qatillər isə pulların evdə olduğunu zənn edərək Q.Bağırovu öldürmək qərarına gəliblər.

A.Bağırov bildirib ki, tanışları E.Həsənov və M.Əliyevin gizli yolla evə gəlməsi üçün M.Hüseynova həyətin və mənzilin qapılarını bilərəkdən açıq qoyub və həmin şəxslərin evə daxil olmasına şərait yaradıb.

Qeyd edək ki, qətl hadisəsi ilə bağlı 3 nəfər - Mahnurə Heydərəli qızı Hüseynova, Ehtiram Hətəm oğlu Həsənov və Mübariz Soltanağa oğlu Əliyev saxlanılıb.

Xatırladaq ki, hadisə yanvarın 8-də paytaxtın Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırov yaşadığı bağ evində xüsusi amansızlıqla qətlə yetirilib. Kombinat direktoru 8 bıçaq zərbəsi vurulandan sonra boğmaqla qətlə yetirilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...