Bakıda polis bıçaqlandı

Bakıda polis bıçaqlandı

Bakıda oğurluq edən şəxs polis tərəfindən saxlanılıb. Polisə müqavimət göstərən şəxs onu qolundan bıçaqla yaralayıb. 

Sfera.az Musavat.com-a istinadən  xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib. 

Azərbaycan prospekti 31-in qarşısında naməlum şəxs Bakı şəhər sakini Məmməd Məmmədzadənin pul kisəsini oğurlayaraq içərisindən 52 manat pulunu götürüb və qaçıb. 

Polis əməliyyat nəticəsində hadisəni törədən Asif Baxşıyevi saxlayıb. Bu zaman A.Baxşıyev polis əməkdaşlarına bıçaqla müqavimət göstərib. O, polis serjatı Zaur İbrahimovu sol əlindən yaralayıb.

Hadisə ilə bağlı Yasamal Rayon Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...