Oğlanı öldürən idmançı qızın məhkəməsi başlayıb

Oğlanı öldürən idmançı qızın məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Xaçmaz rayon 

sakini, 1995-ci il təvəllüdlü Səringül Ramazanovanın cinayət işi üzrə məhkəməsi başlayıb.

Sfera.az Report-a istinadən bildirir ki, hakim Eldar İsmayılovanın sədrliyi ilə keçirilən prosesdə 

təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 18-nə təyin edilib.

Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri 

əməliyyat tədbirləri nəticəsində, 2015-ci ilin oktyabr ayının 10-da Novxanı qəsəbəsi ərazisində 

Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü Səringül Ramazanova xuliqanlıq zəminində Bakı

 şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Məmmədovun boyun nahiyəsindən bıçaqla xəsarət

 yetirdiyinə görə tutulub. A.Məmmədov aldığı xəsarətlər nəticəsində, oktyabrın 12-də xəstəxanada

 dünyasını dəyişib.

Hadisədən sonra 20 yaşlı qız dünyasını dəyişən 31 yaşlı A. Məmmədovu ona və ailəsinə

 nalayiq sözlər dediyinə görə bıçaqladığını və əməlinə görə peşman olmadığını bildirib.

S.Ramazanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, S.Ramazanova qaydasız döyüş idman növü ilə məşğul olur.


OXŞAR XƏBƏRLƏR