Tanınmış tiktoker həbs edildi - FOTO

<span style="color:#ff0000">Tanınmış tiktoker həbs edildi - </span>FOTO
Kateqoriya məlum deyil23.01.25, 13:0420169 👁️
T

Narkotiklərin satışında ittiham edilən tiktoker Zeynəb Ən-Nəimi yə hökm oxunub.

 

Sfera.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

 

 

Hökmə əsasən təqsirləndirilən şəxs 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, dövlət ittihamçısı Vüsal Mehrəliyev çıxış edərək Zeynəb Ən-Nəiminin 7 il 1 ay müddətində azadlıqdan məhrum edilməsini istəmişdi.

 

Qeyd edək ki, Zeynəb Ən-Nəimi tanınmış tiktoker kimi də fəaliyyət göstərib.

 

Xatırladaq ki, Zeynəb Ən-Nəimi Nəsimi RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə ittiham verilib.

 

PAYLAŞ
Sehliyali
Yüklənir...