DİN-dən ƏMƏLİYYAT: Kiberdəstə ƏLƏ KEÇDİ - VİDEO

DİN-dən ƏMƏLİYYAT: Kiberdəstə ƏLƏ KEÇDİ - VİDEO

Bank və alış-veriş platformalarına oxşar saytlar yaradaraq fişinq yolu ilə vətəndaşların kart məlumatlarını ələ keçirən kiberşəbəkə ifşa edilib.

 

Bu barədə Sfera.az-a DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən məlumat verilib.

 

Qeyd olunub ki, keçirilən genişmiqyaslı əməliyyatla xüsusilə külli miqdarda pul vəsaitləri oğurlayan daha bir dəstənin üzvləri Ərtoğrul Akdemir, Şamxal Abbasov, Qnyaz Həsənov və Sabir Hümmətzadə saxlanılıblar:

 

“Müəyyən olunub ki, dəstə üzvləri cinayət əlaqəsinə girərək banklar və alış-veriş platformalarına oxşar saxta saytlar hazırlayaraq, guya, banklar tərəfindən pul uduşlu lotereyalar keçirildiyi, bahalı telefon modellərinin dəyərindən aşağı qiymətə satışa çıxarıldığı barədə həqiqətəuyğun olmayan elanlar yerləşdiriblər. Dəstə üzvləri bu elanların geniş yayımı və daha çox vətəndaşın cəlb olunması üçün sosial şəbəkələrdə həmin linklərin ödənişli reklamlarını da təşkil ediblər.

 

Vətəndaşlar saxta linklərə daxil olaraq özlərinə məxsus bank kartlarının məxfi və OTP təhlükəsizlik kodlarını təqdim edəndən sonra qrup üzvləri həmin şəxslərin mobil bank tətbiqlərinə daxil olaraq hesablardakı pulları oğurlayıblar. Saxlanılanlar şəxsiyyətlərinin müəyyən edilməməsi məqsədilə oğurlanmış vəsaitləri müxtəlif şəxslərdən ödəniş müqabilində ələ keçirdikləri kartlara köçürərək sonradan kriptovalyuta hesablarına göndəriblər”.

 

Qurum əlavə edib ki, kartını kibercinayətkarlara maddi maraq qarşılığında istifadəyə verən şəxs də həmin cinayətkar dəstələrin üzvü hesab edilir və qanun qarşısında məsuliyyət daşıyır:

 

“Baş İdarədə aparılan araşdırmalar, eləcə də dəstə üzvlərinin gizli şəkildə fəaliyyət göstərdikləri internet resurslarına baxış zamanı aşkar olunan maddi və elektron sübutlar əsasında onların 400-ə yaxın vətəndaşın kartından pul vəsaitləri oğurlayaraq onlara ümumilikdə 500.000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib. Sonuncu əməliyyat zamanı saxlanılan Ərtoğrul Akdemir və Şamxal Abbasovun başçılıq etdiyi kiberdəstənin törətdiyi qanunsuz əməllərlə bağlı Baş İdarədə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-texniki tədbirlər davam etdirilir”.

 

Günay 

 


OXŞAR XƏBƏRLƏR

İsrailin bu şirkətləri Azərbaycanda fəaliyyət göstərəcək - “Globes”

  Azərbaycan dövlətinin xüsusi iqtisadi zonalarda, sənaye və texnologiya parklarında fəaliyyət göstərən şirkətlərə vergi güzəştlərini təklif etməsi İsra...

Rusiya Çinlə hərbi təlimlərə QATILACAQ

Rusiya ordusu sentyabrda Çinin keçirdiyi təlimlərə qatılacaq.   Sfera.az Report-a istinadən xəbər verir ki, bu barədə “Xinhua“ məlum...

Əhalinin yarısı bu yaşda ağlını itirəcək - Alimlərdən XƏBƏRDARLIQ!

Dünya əhalisinin yarısı 75 yaşına qədər ruhi sağlamlığını itirəcək.   Sfera.az xəbər verir ki, bu, ABŞ alimlərinin apardığı genişmiqyaslı araşdırma n...

Azər Türk Bankdan istehlak kreditləri üzrə yeni kampaniya

Dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrə, müştərilər üçün daha sərfəli, yeni kampaniyaya başlayır.   Cari ilin 09 sentyabr tari...

KİV: "Donald Tramp Kamala Harrisi 1 faiz səslə üstələyib"

ABŞ prezidentliyinə namizəd Kamal Harris Donald Trampla növbəti debat öncəsi liderliyi itirmək üzrədir.   Sfera.az-ın “The New York Times&...

Dünyada BİR İLK: Uşaq istehsal edən fabrik açılır, 200 avroya körpə alacaqsınız... - VİDEO

“200 min avroya uşaq sahibi ola bilərsiniz”.   Sfera.az bildirir ki, bu barədə türkiyəli jurnalist Uğur Önver məlumat yayıb.   ...