Quldurluq etmək istəyənlər SAXLANILDI – FOTO

Quldurluq etmək istəyənlər SAXLANILDI – FOTO

Gecə saatlarında quldurluq etməyə hazırlaşan iki nəfər saxlanılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gecə saat 3 radələrində rayonun Beştalı kəndi ərazisində əvvəllər məhkum olunmuş Orxan Ələkbərov və tanışı Atakişi Məmmədov saxlanılıb. Onların idarə etdiyi “Chevrolet” markalı avtomobildən eynək, iki ədəd dəyənək, iki cüt əlcək və iki ədəd papaq aşkarlanıb.

 

Araşdırmalar zamanı adı çəkilən şəxslərin tamah niyyəti ilə O.Ələkbərovun bibisinin həmin kənd ərazisində yerləşən evinə qanunsuz olaraq daxil olmağa hazırlaşdıqları müəyyən olunub.

 

Bundan əlavə, polis əməkdaşlarının apardıqları araşdırmalar zamanı O.Ələkbərovun və A.Məmmədovun ötən ilin noyabr ayında Neftçala rayonunun Qaraqaşlı kəndi ərazisində yerləşən evlərdən birinə qanunsuz daxil olaraq zərərçəkmişə məxsus 9650 manat dəyərində qızıl-zinət əşyalarını oğurladıqları da müəyyən edilib.

 

Araşdırmalar davam etdirilir.

 

Ülkər Abdurahmanlı

 

 


OXŞAR XƏBƏRLƏR

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...