Bank kartlarından oğurluq edənlər SAXLANILDI - ADLAR

Bank kartlarından oğurluq edənlər SAXLANILDI - ADLAR

Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat verib. Onun sözlərinə görə, Bakı şəhər sakininin bank kartından pul oğurlanıb.

 

“Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən zərərçəkmiş kartından 599 manatının oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən T.Qəniyev və C.Dəmirov müəyyən olunaraq saxlanılıb”.

 

Qurum rəsmisi bildirib ki, Abşeron Rayon Polis İdarəsinə isə Sumqayıt, Mehdiabad və Görədil qəsəbə sakinləri olan 3 nəfərin bank kartlarından müxtəlif vaxtlarda ümumilikdə 2067 manat pullarının oğurlanması barədə məlumatlar daxil olub:

 

“Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən A.Şəkərəliyev və R.Hüseynov müəyyən olunaraq saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır”.

 

Günay

 

 


OXŞAR XƏBƏRLƏR

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...