DİN əməliyyat keçirdi - Saxlanılanlar var

DİN əməliyyat keçirdi - Saxlanılanlar var

İyunun 25-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

 

Bu barədə Sfera.az-a DİN-nin mətbuat xidmətindən məlumat verilib.

 

Axtarışda olduğuna görə ümumilikdə 115, o cümlədən borclu şəxs qismində axtarışda olan 82 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.


OXŞAR XƏBƏRLƏR