"Bıçaqladım, ürəyim soyumadı qayıdıb boğub öldürdüm"

 

Gəncədə qətl hadisəsinin təfərrüatları məlum olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini Səadət Verdiyevanı qətlə yetirən Famil Məmmədov hadisənin təfərrüatları barədə ifadə verib. Onun sözlərinə görə, dekabr ayının 6-da S. Verdiyevanın evinə qonaq gedib: "Spirtli içki alıb getdim onlara. Yeyib içdik, onun uşağı nənəsigilə getdi. Gecəni onlarda qaldım. Səhər tezdən ona zəng gəldi. Kimin zəng vurduğunu öyrənmək istədim. Aramızda yaranan mübahisə zamanı içki butulkası ilə onu vurdum. Sonra mələfə ilə boğub bıçaqla boğazını bıçaqladım. Ürəyim soyumadı qayıdıb boğub öldürdüm”.

 

 

Qeyd edək ki, məlum qətl hadisəsi dekabrın 7-də Gəncə şəhəri Adilxan Ziyadxanov küçəsi, 39 saylı binanın 70 saylı mənzilində qeydə alınıb. Həmin ünvanda yaşayan, 1989-cu il təvəllüdlü Səadət Verdiyevanın üzərində zorakılıq əlamətləri olan meyiti yataq otağında tapılıb.

 

Gəncə şəhər Prokurorluğu və Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətin Goranboy rayon Səmədabad kənd sakini, 1987-ci il təvəllüdlü, əvvəllər məhkumluq həyatı yaşayan Famil Məmmədov tərəfindən törədilməsi müəyyən edilib. Cinayəti törədən şəxs saxlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.


OXŞAR XƏBƏRLƏR

Magistraturaya qəbul olanların DİQQƏTİNƏ! - MÜDDƏT UZADILDI

Magistraturaya qəbul olmuş şəxslər 22 iyul saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.   Bu barədə Sfera.az-a Dövlət İmtahan Mər...

Azərbaycanda bu tarixdən internet bahalaşır - YENİ QİYMƏT

Azərbaycanda aylıq internet paketlərinin qiymətləri artırılır.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı internet provayderləri öz saytlarında ya...

Prezident Blenheim sarayına belə gəldi - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə &ld...

Azərbaycanın ixracı azaldı, idxalı artdı - SON RƏQƏMLƏR

Bu il Azərbaycanın ixracında azalma, idxalında isə artım müşahidə edilir.   Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin...

Prezident Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir

Bu dəqiqələrdə Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyası keçirilir.   Sfera.az xəbər verir ki, A...

Külli miqdarda borcu olduğu deyilən kişinin meyiti tapıldı

Beyləqanda kişi meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə rayonun Bolsulu qəsəbəsində baş verib.   Onun meyiti qəsəbədəki yardımçı...