Ayaq izləri onu ƏLƏ VERDİ: Qızıl və viski oğurlayan şəxs SAXLANILDI – FOTO 

Ayaq izləri onu ƏLƏ VERDİ: Qızıl və viski oğurlayan şəxs SAXLANILDI – FOTO 

Xəzər rayonu Binə qəsəbəsində yerləşən evlərin birindən 10 min manat dəyərində qızıl-zinət əşyaları və 18 ədəd spirtli içki (viski) oğurlanıb.

 

Bu barədə Sfera.az-a DİN-dən məlumat verilib.

 

Qeyd olunub ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən Vüsal Məmmədli saxlanılıb.

 

“Araşdırma zamanı onun ümumilikdə 7 evdən oğurluq etdiyi müəyyən edilib. V.Məmmədli oğurladığı qızılları Buzovna qəsəbəsində yerləşən mağazaya satıb. Saxlanılan şəxs oğurluq etdiyi evlərdən birini pəncərədən tərk edən zaman mənzildə onun ayaq izləri qalıb. Polisin məhz ayaq izindən başladığı araşdırmalar sonda V.Məmmədlinin saxlanılması ilə nəticələnib”, - qurum bildirib.

 

Məlumata görə  V.Məmmədli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

 

Günay

 


OXŞAR XƏBƏRLƏR

Trampa dəstək üçün köynəyini cırdı - VİDEO

Güləş əfsanəsi Hulk Hoqan iyulun 18-də Viskonsin ştatının Milwaukee şəhərində ABŞ prezidentliyinə namizəd Donald Trampı dəstəkləmək üçün Respublikaçılar Partiya...

Dünyanın ən təcrid olunmuş qəbiləsi ilk dəfə meşədən çıxdı: Onları buna nə vadar etdi?

Amazonunun yağışlı meşələri ilə zəngin olan Peru planetin ən təcrid olunmuş yerli qəbiləsinin məskənidir. Bu icmanın üzvləri əvvəllər evlərini tərk etmirdilər, ...

Meymun sürüsü sərinlənmək üçün sinif otaqlarına basqın edib - FOTO

Tayvan liseylərindən birinə aqressiv meymun sürüsü basqın edib. Onlar anomal istidən qaçaraq, həm də yemək axtarıblar. Sfera.az bildirir ki, meymun sürüsü ...

ABŞ-da səmada naməlum işıq parıltısından sonra qəribə vibrasiyalar müşahidə edilib

Nyu-Yorklular səmada güclü işıq çaxması və bunun ardınca ayaqlarının altında qəribə titrəyişlər hiss ediblər. Sfera.az bildirir ki, məlumata görə, meteor b...

Kim Kardaşyan və oğlu nadir xəstəlik daşıyıcısıdır - FOTO

Kim Kardaşyan keçmiş əri, reper Kanye Uestdən olan oğullarından birinin nadir dəri xəstəliyindən əziyyət çəkdiyini deyib. Sfera.az bildirir ki, Kim Karda...

Kəlbəcərdə mina partlayışlarında 3 nəfər yaralandı - YENİLƏNDİ

19:00   Kəlbəcər rayonunda 55 yaşlı kişi minaya düşüb.   Sfera.az xəbər verir ki, 1969-cu il təvəllüdlü Xəlifə Həsən oğlu Hüseynov ra...