21 yaşlı qızı boğdu, başına çəkiclə vurdu, parçalara ayırdı

21 yaşlı qızı boğdu, başına çəkiclə vurdu, parçalara ayırdı

 

Türkiyədə dəhşətli cinayət hadisəsi qeydə alınıb.

Milli.Az "gazetevatan"a istinadla bildirir ki, 37 yaşlı Fatih K. 21 yaşlı narkotik istifadəçisi Songül Elçili qətlə yetirib. O, qadını boğub öldürdükdən sonra başına çəkiclə vurub, sonra da bədənini hissələrə ayırıb.

Fatihin məhkəməsi baş tutub. O, ifadəsində deyib:

"Narkotik istifadəçisi idi. Kafedə oturmuşdum, yanıma gəldi, acam dedi. Mən də peraşki aldım. Yedi, gözünün altı göyərmişdi, dərman sürtdüm. Bir az özünə gəldi. Sonra gördüm ki, cibindən narkotik çıxarır. Ondan niyə belə etdiyini soruşanda dedi ki, "fikir vermə, mən narkotik istifadəçisiyəm". Narkotiki qəbul etdikdən sonra qız dəyişildi. O, türkləri təhqir etməyə başladı. "PKK nə edirsə, əcəb edir, yaxşı olur sizə", - dedi. Dözmədim, boğdum, sonra çəkiclə başından vurub öldürdüm. Öldükdən sonra cəsədini hissələrə ayırdım".

Qatilin məhkəmədə soyuqqanlı halda ifadə verməsi hakimlərin diqqətini çəkib.

Fatih həbs olunub.

Qeyd edək ki, Fatihin neçə il müddətinə azadlıqdan məhrum edilməsi barədə məlumat verilmir.

 


OXŞAR XƏBƏRLƏR

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...