Bank kartından pul oğurlayan qadın saxlanıldı
![Bank kartından pul oğurlayan qadın saxlanıldı](https://sfera.az/photo/orginal/2024/02/03/1706958922_hebsqadin.jpg)
Kriminal
15:13 / 03.02.2024
11783
Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 1860 manat pulunun oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən xəbərə görə, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Qəbələ rayon sakini olan qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılr.