Təranə Səmədovaya HÖKM OXUNDU

Təranə Səmədovaya HÖKM OXUNDU

Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədova və onun tanışı Rasim Həsənova hökm oxunub.

 

Sfera.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

 

Hökmə əsasən, Təranə Səmədova 6 il, Rasim Həsənov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, aparılan istintaq zamanı müəyyən olunub ki, T.Səmədova qeyri-rəsmi ər-arvad kimi yaşadığı R.Həsənovla birgə Altay Səfirovun (ad, soyad şərtidir) fotoşəkillərini əldə edib.

 

Daha sonra həmin şəxslər fotoşəkilləri Altayın ailə üzvlərinə göstərməklə, yaşadığı məhəllədə yaymaqla, o, cümlədən instaqram və digər sosial şəbəkələrində yerləşdirməklə hədələyib. Bu yolla T.Səmədovla R.Həsənov ondan 3 min manat tələb edib.

 

Beləliklə, ötən ilin noyabrında onlar zərərçəkmiş şəxsdən ümumilikdə 1 100 ABŞ dolları məbləğində pulu hədə-qorxu ilə tələb edərək ələ keçiriblər.

 

Bundan başqa, T.Səmədovla R.Həsənov təkrarən Altay Səfərovu rüsvayedici fotoşəkillərlə şantaj edərək ondan 1 000 manat pul tələb ediblər. Lakin zərərçəkmiş onlara 130 manat pul verib.

 

Qeyd edək ki, T.Səmədova və R.Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


OXŞAR XƏBƏRLƏR

Rabitəbankdan nağd pul krediti üzrə sərfəli "Bahar kampaniyası"!

Rabitəbank müştərilərin planlarını rahatlıqla reallaşdırması üçün sərfəli nağd pul krediti üzrə "Bahar kampaniyası" təklif edir. Kampaniya ərzində 30 ...

Rusiya kosmosa nüvə silahı yerləşdirir? – Putin AÇIQLADI 

“Rusiya kosmosda nüvə silahı yerləşdirməyi planlaşdırmır”.   Sfera.az bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Ş...

Bu içki şəkərə tutulma riskini 25 faiz azaldır - ARAŞDIRMA

Onilliklər ərzində alimlər qəhvə içməyin insan sağlamlığı üçün zərərli olduğuna inanıblar. Ancaq yeni araşdırmalar bu fikri tamamilə dəyişdirib.  Sfer...

Qətlə yetirilən baş həkimin qudası DANIŞDI: "Mənə xəbər verdilər ki..." - FOTO

"Heç kəsdən şübhələnmirik. Çünki heç kimlə işləri olmayan bir ailə olub".   Sfera.az news24.az-a istinadən xəbər verir ki, bunu bugün Salya...

Naxçıvanın İqtisadiyyat Nazirliyində vəzifə TƏYİNATLARI OLDU

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində vəzifə təyinatları olub.   Sfera.az xəbər verir ki, bununla bağlı Ali Məclis sədrinin ...

Azərbaycan BƏƏ ilə "yaşıl enerji"yə investisiya imkanlarını MÜZAKİRƏ ETDİ  - YENİLƏNDİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə "yaşıl enerji" layihələrinin genişləndirilməsi üçün investisiya imkanlarını müz...