Zeynəb Xanlarovanın qudası məhkəməlik oldu - MƏCBURİ GƏTİRİLƏCƏK + FOTO

Zeynəb Xanlarovanın qudası məhkəməlik oldu - MƏCBURİ GƏTİRİLƏCƏK + FOTO

Tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

 

Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda 39 nəfər şahid barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

 

İş üzrə 43 nəfər şahid kimi tanınsa da, onlardan cəmi 4-ü məhkəməyə gəlib. Digərləri isə bildiriş göndərilsə də, prosesdə iştirak etməkdən yayınırlar.

 

Məcburi gətiriləcək şahidlər siyahısında Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq direktoru Maisə Rəhimova və baş mühasib Züriyyə Cəfərova da var.

 

Qərarın icrası polisə həvalə edilib.

 

54 il AMEA-da çalışan tarix elmləri doktoru Maisə Rəhimova 2021-ci ildə işdən çıxarılıb. Həmin vaxt AMEA-nın prezidenti Ramiz Mehdiyev idi. 

 

M.Rəhimova Xalq artisti Zeynəb Xanlarovanın qudasıdır.zeyneb-xanlarovanin-qudasi-mehkemeye-mecburi-getirilecek

 

Qeyd edək ki, Səbuhi Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi, onun həyat yoldaşı Gülüstan İsayeva isə kadrlar şöbəsinin müdiri olub. Onlar Qarabağda tədqiqat aparılması məqsədilə ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunurlar. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər.(qafqazinfo)

 

Fotoda Səbuhi Hüseynov


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...