Bakıda 43 yaşlı kişi bıçaqlanıb

Bakıda 43 yaşlı kişi bıçaqlanıb

Bakının Pirallahı rayonunda qanlı hadisə baş verib.
Sfera.az APA-ya istinadən bildirir ki, rayon sakini yaşadığı evdə bıçaqlanıb. Hadisə rayonun 28-ci məhəllə, ev 14 ünvanında qeydə alınıb.  43 yaşlı Vüqar Yusifov bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. O, dərhal əməliyyat olunub. Həkimlər onun qarın nahiyəsindən bıçaqlandığını bildiriblər. Vüqar Yusifov əməliyyat olunduğu üçün polis əməkdaşları onun ifadəsini ala bilməyiblər. Hadisə yerinə polis tərəfindən baxış keçirilib. İstintaq üçün zəruri olan tədbirlər görülüb.
 
Hələlik Vüqar Yusifovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı məlum deyil.
 
Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.


OXŞAR XƏBƏRLƏR

Bu halda saxta əsginas verən şəxslər HƏBS OLUNA BİLMƏZ - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Binəqədi qəsəbəsi ərazisində yerləşən yanacaq doldurma məntəqələrinin birindən Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan s...

"Bələdiyyələrin əksəriyyətinin dövlətə borcu var və ya hesabları bağlıdır" - Deputat

Bələdiyyələrin əksəriyyətinin dövlətə borcu var və ya hesabları bağlıdır.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsin...

Mixeil Saakaşviliyə qarşı yeni ittiham irəli sürüldü

Gürcüstanın Baş prokurorluğu sabiq prezident Mixeil Saakaşviliyə qarşı yeni ittiham irəli sürüb.   Sfera.az xəbər verir ki, prokurorluğun bəyanatında...

Bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsinə başlanılır

19-20 oktyabr tarixlərində ilk dəfə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsi...

Azərbaycan – Slovakiya matçının hakimləri MÜƏYYƏNLƏŞDİ

UEFA Millətlər Liqasının C Divizionunda Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.   Sfera.az&...

Azərbaycanda 9 ayda orta illik inflyasiya 1,5 % olub - STATİSTİKA

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 101,5 %, o cümlədən qida məhsulları, iç...