Krım erməniləri də Dağlıq Qarabağa göndərilir

Krım erməniləri də Dağlıq Qarabağa göndərilir
Dağlıq Qarabağda gedən döyüşlərdə iştirak etmək üçün hazırda Krım ərazisində  könüllülərin toplanması üçün tədbirlər davam etdirilir.

Sfera.az-ın məlumatına görə, "Krımın Yenidən İnteqrasiyası Assosiasiyası"nın (ARK) mütəxəssisləri bildirir ki, bu prosesə şəxsən "Krımın rəhbəri" Sergey Aksyonovun dəstək verir.

Ermənistan ordusunun səfərbərlik ehtiyatlarını artırmağa yönəlmiş bu fəaliyyətin təşəbbüskarı isə qondarma "Dağlıq Qarabağ Respublikası"nın keçmiş "Baş naziri" Anuşavan Danielyandır.

Ukrayna, Ermənistan və Rusiya vətəndaşlığı olan Danielyan, 1983-1998-ci illərdə Krımda yaşayıb, 1995-ci ilin iyulundan 1998-ci ilin aprelinə qədər Krım Muxtar Respublikasının Ali Radasının sədr müavini vəzifəsində çalışıb və "Krım Erməni Cəmiyyəti” nin rəhbəri olub.

Ona qarşı korrupsiya qalmaqallarından və ittihamlardan sonra Danielyan Ermənistan Respublikasına qaçıb.

Hazırda Danielyan Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının nəzarəti altında Krım ermənilərinin lobbiçilik fəaliyyətinə rəhbərlik edir, o 2014-cü ilin "Krım baharı" hadisələrində diasporun, eləcə də Ukraynanın şərqindəki münaqişədə döyüşmək üçün erməni Qarabağ muzdlularının cəlb olunmasında aktiv iştirak edib.

2020-ci il oktyabr ayının əvvəllərindən etibarən Krımın erməni icması erməni din və mədəniyyət xadimləri ilə birlikdə Krımın hakimiyyət nümayəndələrinin dəstəyi, ilk növbədə "Salem" qrupundan və Aksyonovun şəxsən köməyi ilə Krımda "azərbaycanlıların qurbanı olan erməniləri ehtiyacları üçün" yardım kampaniyası təşkil edib və ilk həftə ərzində təxminən 10 milyon rubl yığılıb.

Ayrıca, cəmiyyət Aksyonovun dəstəyi ilə erməni dini və mədəni qurumlarının yerləşdiyi Simferopol, Yevpatoriya, Feodosiya, Yalta və Sevastopol şəhərlərində könüllüləri - "Artsaxın müdafiəçiləri”ni toplamaq üçün kampaniya təşkil edib.

5 oktyabr 2020-ci il tarixindən etibarən Simferopol hava limanından Krımdan olan 150-dən çox "könüllü" Rostov-Don, Moskva, Krasnodar və Soçi üzərindən transferlə İrəvan hava limanına aparılıb. Bu "könüllülərin" bəziləri isə artıq döyüş əməliyyatlarında iştirak edir. Hazırda Krım ermənilərinin döyüş əməliyyatları zamanı itkiləri dəqiqləşdirilir. /APA

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...