Kremldən Soçi görüşü ilə bağlı bəyanat: "Putinin təşəbbüsüdür..."

Kremldən Soçi görüşü ilə bağlı bəyanat:
Xəbər verildiyi kimi, bu gün Soçidə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş olacaq. Bu görüşün nəhayət Ermənistanla Azərbaycan arasında sərhədlərin dəqiqləşdirilməsi və nəqliyyat kommunikasiyalarının açılmasında mühüm irəliləyişə gətirib çıxaracağına ümidlər var.

Görüş ərəfəsində Kremlin mətbuat xidməti Soçi danışıqlarının gündəmində nələrin yer alacağına dair bəyanatla çıxış edib. Orada bildirilir ki, Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bir illiyinə həsr edilmiş üçtərəfli danışıqlar noyabrın 26-da Soçidə baş tutacaq. Kremlin mətbuat xidməti bu görüşün Rusiya dövlət başçısının təşəbbüsü ilə keçirildiyini vurğulayır.

Bəyanatda deyilir ki, danışıqlarda 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar üçtərəfli razılaşmalarının həyata keçirilməsininin gedişinə nəzər salmaq, habelə regionda stabilliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması istiqamətində sonrakı addımları müzakirə etmək planlaşdırılır. Bu zaman ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələlərinə xüsusi diqqət ayrılacaq.

Rusiya prezidentinin mətbuat xidməti onu da bildirir ki, Putinin Əliyev və Paşinyanla ayrıca söhbətləri də nəzərdə tutulur.

(virtualaz.org)

OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...