Korotçenko: “Laçın dəhlizi qanunsuz silahların daşındığı bir qapı olmamalıdır”

Korotçenko: “Laçın dəhlizi qanunsuz silahların daşındığı bir qapı olmamalıdır”
Rusiyada "Milli Müdafiə” jurnalının baş redaktoru, Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin direktoru, Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü İqor Korotçenko Media.Az-a müsahibəsində Laçın dəhlizi barədə danışıb.

"Birincisi, Azərbaycanın Qarabağ bölgəsində hər hansı qanunsuz erməni silahlı birləşməsi terror qruplaşması kimi qəbul edilməlidir.

İkincisi, Laçın dəhlizi vasitəsilə Ermənistandan hər hansı bir silahlı şəxsin daxil olmaması üçün Rusiya sülhməramlılarının, Rusiya sərhəd xidmətinin səyləri barədə danışıqlar aparmaq lazımdır”.

Korotçenko bildirib ki, bütün erməni silahlı birləşmələri tərkisilah edilməlidir:

"Əgər orada Ermənistan vətəndaşları varsa, onda Azərbaycan ərazisini tərk etməlidirlər. Bu, Rusiya ilə Azərbaycanın gələcək birgə hərəkətləri üçün danışıqlar mövzusudur. Laçın dəhlizi terrorçuların, silahlı şəxslərin nüfuz etdiyi və silahların daşındığı bir qapı olmamalıdır. Bu məsələnin həll edilməsinin zəruriliyi göz qabağındadır. Bəlkə də Laçın dəhlizinin işləməsi ilə bağlı yeni işçi qrupu yaratmaq məntiqə uyğundur”.
 

OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...