Koronavirusun beyinə vurduğu ZƏRƏR - \"Beyin dumanlanması\"nın fəsadları üzə çıxdı

Koronavirusun beyinə vurduğu ZƏRƏR - \
Britaniyalı və isveçrəli bioloqlar siçanların üzərində SARS-CoV-2 koronavirusunun beyinə necə "gedib çıxdığını” araşdırıblar və virusun beyinə vurduğu zərər növlərini müəyyənləşdiriblər. Alınan nəticələr COVID-19 xəstələrində sağalmadan sonra "beyin dumanlanması” və digər nevroloji problemlərin yaranmasını izah edir.

Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məqalə "bioRxiv” preprint serverində yerləşdirilib.

Əvvəlcə yeni növ koronavirus infeksiyası şiddətli kəskin respirator sindrom (SARS) kimi təsbit edilmişdi, lakin sonrakı müşahidələr virusun, hüceyrələrə daxil olmaq üçün ACE2 reseptorundan istifadə etməklə, digər orqanlara – böyrəklərə, ürəyə, ağciyərlərə, eləcə də beyinə də təsir etdiyini göstərib.

İnsanların əksəriyyəti COVID-19 xəstəliyi zamanı və sonrasında yaddaş problemlərindən, idrak pozğunluğundan, yuxusuzluqdan, narahatlıq keçirməkdən, eləcə də xarakterik "beyin dumanlanması”ndan şikayətlənir.

Yaşlı xəstələrdə koronavirus Altshaymer və Parkinson xəstəliklərini və digər demansiya təzahürlərini kəskinləşdirir. Ancaq koronavirusun beyinə necə "yol tapdığı” mexanizmi bu günə qədər yaxşı öyrənilməmişdi.

Sürix və Liverpul Universitetlərinin alimləri koronavirusun beyinə təsirini öyrənmək üçün hACE2 insan reseptorlu genetik cəhətdən modifikasiya edilmiş siçanlardan istifadə ediblər. Müəlliflər intranazal qaydada heyvanları aşağı və ya yüksək dozada SARS-CoV-2 ilə yoluxdurub və virusun beyinə necə təsir etdiyini araşdırıblar.

Müşahidələr göstərib ki, burundan yeridildikdən yeddi gün sonra virus qoxu lampası (olflaktor lampa da deyilir – red.) vasitəsilə beyinə daxil olub. Tədqiqatçılar virusun qoxu epitelində və qoxu lampasının neyronlarında, həmçinin beynin frontal bölgələrində və qoxu lampası ilə əlaqəsi olan bölgələrdə - hipokampus, talamus və hipotalamusda yayıldığını aşkar etdiklərinə görə belə qənaətə gəliblər. Daha yüksək dozalarda alimlər virusun baş və onurğa beyində daha geniş yayıldığını müşahidə ediblər.

Tədqiqatçılar beynin ön hissəsində virusa yoluxma zamanı pozula biləcək və yaddaş, diqqət və icra funksiyalarından məsul olan korteksin bir neçə bölgəsinin olduğunu qeyd edirlər. COVID-19-un bir çox nevroloji simptomlarını onlar məhz bununla izah edirlər. // "Report"

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...