\"Koronavirusla mübarizədə vəfat edənlər şəhid sayılır\" - Allahşükür Paşazadə

\
 "Koronavirusla mübarizədə iştirak edən həkimlər və digər zəhməti keçən şəxslər əgər dünyasını dəyişsələr, o biri dünyada şəhadət tapacaqlar, yəni şəhiddirlər”.

Sfera.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxüslam Allahşükür Paşazadə Real TV-yə müsahibəsində deyib.

O bildirib ki, koronavirusla mübarizədə iştirak edənlər sanki mübaribədə düşmənlə üzbəüz gələrək canını, qanını qurban verirlər:

"Ona görə də biz həmin insanların qədrini bilməliyik. Allahın bizə bəxş etdiyi bu canı qorumalıyıq. Bu, bizim borcumuzdur. Eyni zamanda, ehtiyacı olan insanlara kömək etmək savab işdir. Lakin kimsə bu məsələdə qanuna riayət etmədən başqasını da xəstələndirirsə və onlar rəhmətə getsə, onun bütün insanlığı öldürən qədər günahı var. Çünki həmin şəxs tək özünü deyil, başqalarının da həyatını təhlükəyə atmış olur”.

OXŞAR XƏBƏRLƏR

Plan, nəzarət, iradə: Pulu düzgün idarə etməyin ƏSAS
Pulu qazanmaq asandır, xərcləmək çətin. Bu fikrə ədəbiyyatlarda və sosial həyatda tez-tez rast gəlirik. Mütəxəssislər də təsdiqləyir ki, pulu qazanmaq qədər, on...

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...